Azərbaycan dənizaltılarını Xorvatiyaya göndərdi

Azərbaycanın dənizaltıları Xorvatiyada təmir olunacaq.

APA-nın «İntelligence Online» saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın dənizaltıları Xorvatiyanın «Adria Mar» şirkətinin tərsanəsinə bu yaxınlarda göndərilib.

«Adria Mar» tərsanəsi SSRİ vaxtında tikilən gəmilərin təmirini təşkil edir.

Qeyd edək ki, hazırda Azərbaycanın silahlanmasında keçmiş SSRİ istehsalı olan 908 layihəli «Triton-2» kiçik ölçülü dənizaltıların mövcud olduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar