ELMAR VƏLİYEV İCRA BAŞÇISI VƏZİFƏSİNDƏN AZAD EDİLDİ! - Yerinə nazirin qudası təyin olundu

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"AzPolitika.info"nun məlumatna görə, Prezidentin Sərəncamında deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:

Elmar Rüstəm oğlu Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".

Prezident digər sərəncəmı ilə Gəncə şəhərinə yeni icra başçısı təyin olunub. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə Niyazi Bayramov təyin olunub.

Bundan əvvəl prezident Niyazi Bayramovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Niyazi Bayramov kimdir?

Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olmuşdur. 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır.

1986-1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində Şöbə Müdiri, 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının Müavini vəzifələrində çalışıb. 1995-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın Rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin Rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin Müavini işləmişdir. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin Rəisi,vəzifələrində işləyib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibə iştirakçısıdır. Polkovnikdir.

Niyazi Bayramov gənclər və idman naziri Azad Rəhimovun qudasıdır.

AzPolitika.info

635x100

Şərhlər

patriot 2018-08-28 15:45:00

Bu da işləyəndi bacariqlidi pul qazanandir

rabitəçi 2018-08-28 15:45:00

Bayramov Rəsul hey ağlayır........................?

Vaqif 2018-08-28 15:45:00

BU GƏRƏK ELMAR KİMİ OLMAYA. MİLLƏTƏ ZÜLM ETMƏSİN. H..........

Şekili уə 2018-08-28 15:45:00

Rəvaуəтə gorə Əmir Тeуmur şah Nuh elinə Hinddən fillərlə gələndə vəzir-vəkili ilə razılaşır ki, şəhərə girməzdən hər kənddə BİR FİL saxlaтsınlar. İri fildən Şaha narazılıq edən kəndlilər də тuтulub saxlanırmış. Şəkililər Mollanı тəkbaşına irəli verib, qalanları geri çəkilirlər. Azacıq sonra Mollanı тəbəssümlə gorən kəndliləri hovlnak sorurlar: "Molla, nə danışdın, necə qaуıтdın?" Molla cavabında: "Şahdan bizim kəndə ÜÇ FİL gondərməsini rica eтdim!", bildirir.

Cəmşid Dərələyəzli 2018-08-28 15:45:00

Hər bir bölgəyə başçı təyin olunanda onun kimin qardaşı və qudası olmasından öncə, onun Siyasi təfəkkürü, mədəniyyəti, davranışı və idarə etmə bacarığı diqqətə alınmalıdır Təssüfki, əksər təyinatlarda bu kriteriyalar nəzərə alınmır və son da da onlar öz davranış və fəaliyyətlərində hakimiyyətin üz qarasına çevrilmiş olurlar. Onlar eyni zamanda bu yarıtmaz fəaliyyətləri ilə də Cənab Prezidentin gördüyü bunca işlərə yerlərdə kölgə düşürürlər. Pirallahının hazırki başçısı Vasif İmanov kim . Özü və başına yıxdığı Manaf Manafov kimi mənaviyyatsız məmurlar haqqında Prezident aparatına minlərlə şikayətlər edilib. Odurki də Cənab Prezidentin Vasif İmanov kimiləri haqqında da sərəncam verməsini gözləyirik. Bu təmizlənmə davam etdirilməlidir.

rabitəçi 2018-08-28 15:45:00

Rəsulov Bayram - tutduğun post sənlik deyil,vidalaşmağa hazırlaş,,,,,,?

hespe 2018-08-28 15:45:00

Bir ...digeri ile evez olundu...

Emine Mingecevirden 2018-08-28 15:45:00

Inkiwafi deyemmerik, Gence daha kef ede biler,cunki bawcimiz bezobidni ve kef ehlidir.

Emin 2018-08-28 15:45:00

Xeyirli olsun. İnşaallah Gəncə bundan sonra inkişaf edər.

Şəkili 2018-08-28 15:45:00

Cənab Prezident, Şəkini yaddan çıxartma..................?

Kamal 2018-08-28 15:45:00

Cenab.prezdent.suraxanl.ve.xetayi.rayonlarnı da deyişdirmənizi xahiş edirik

Son yazılar