İKİ RAYONA YENİ İCRA BAŞÇISI TƏYİN OLUNDU - Bir şəhər başçısız qaldı + FOTOLAR

Prezident İlham Əliyev Vaqif Həsənovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

"AzPolitika.info"nun məlumatına görə, sərəncamla Vaqif Bəhram oğlu Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 Vaqif Bəhram oğlu Həsənov daha öncə Xəzər rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

[caption id="attachment_446065" align="aligncenter" width="566"]

Vaqif Həsənov[/caption]

Dövlət başçısının digər sərəncamı ilə İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

İbrahim  Mustafayev  daha öncə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi vəzifəsində çalışıb.

[caption id="attachment_446067" align="aligncenter" width="600"]

İbrahim Mustafayev[/caption]

Bunda əlavə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Niyazi Bayramovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Ancaq Niyazi Bayramovun yerinə təyinat olmadığından, Mingəçevir şəhəri hələlik icra başçısız qalıb.

AzPolitika.info

 

635x100

Şərhlər

İNQİLAB MEHDİYEV 2018-08-28 15:48:06

İbrahim MUSTAFAYEV NECE DE SABİRABADİN BASCİSİ NAZİM İSMAYİLOVA OXSAYİR

Cəmşid Dərələyəzli 2018-08-28 15:48:06

Cənab Prezident, alqış Qətiyyətinizə. İnanın ki, etimaddan süni istifadə edib bütün fəaliyyətlərində xalqı dövlətə qarşı qışqırtmaq istəyənlərə qarşı göstərdiyiniz bu tavr millət tərəfindən dəstəklənir. Bu sahədə bütün qətiyyətinizin arxasındayıq. Sonuncu Gəncə olayları ilə bağlı bir hadisə yadıma düşdü. Vaxtı ilə Gəncədə yaşarkən, Samux rayonundan olan bir iş yoldaşım, danışırdı ki, Sovetlər dönəmində Kolxozumuzda cüt öküzlərindən birinin əldən düşdüyünü görüb, qərar çıxarırlar ki, onu Kürün qırağındakı ovalığa ötürsünlər qurt- quş yesin. Yoxsa istifadə ediləsi bir şeyi yoxdur. Belə də edirlər. Bir ildən sonra kəndlilərdən biri xəbər gətirir ki, öküzü meşədə gördüm, olub bir vəhşi. Kolxozdan adam göndərirlər, iki gündən sonra qayıdıb gəlir ki, həqiqətən də yaxın durşmək olmur. Sabahısı bir neçə adam göndərirlər ki, gedib öküzü gətirsinlər. Bir neçə dəfə bu hal təkirar olunur, öküzü ram edə bilmirlər. Axırda Kolxozun idarə heyəti qərar çıxarır ki, öküz güllə ilə vurulsun, əti isə əmək günü hesabına kənd camaatına paylansın. Belə də edirlər. Bu hadisədən beş –on gün keçəndən sonra Bakıdan NKV-dən adam gəlir. Kolxozun sədrinə deyirlər sən kim olursan hökümətə güllə atdırırsan. Öküz hökümətin malıdır. Beləliklə həmin öküzün vurulmasını hökümətin vurulması kimi əsas gətirib, Kolxoz sədrinə 9 il iş verirlər. İndi Gəncədə insanların timsalında hökümətə güllə atılıb. Yəni hökümətin timsalında bir başçıya, köməkçisinə və iki nəfər də yüksək rütbəli polis işçisinə. Atanlar təbii ki, cəzalarını almalı idilər və aldılar da. Bəs onda öz əməllərinin sayəsində hökümətə güllə atdıran necə, bunun bədəlini ödyəməyəcəklərmi. Elə bilirəm kimlər isə onlara göstərilən etimaddan sünii istifadə edib də Dövləti bunca küçük düşürməməlidr axı. Əslində onlar da cəzalanmalıdırlar ki, Pirallahının Başçısı Vasif İmanov kimiləri də dərs almış olsunlar. İki ildir həmin rayonun ərazisində baş vermiş ölüm hadisəsi ilə bağlı, bu hadisədə iştirakçıları olan, onun məmuru və həm də sağ qolu sayılan Manaf Mənafov kimi (nə qədər səhidir deyə bilmərəm, eşitmişəm Manafın kimi isə də Prezident aparatında məktublar şöbəsində işləyir, bəlkə də ondandır ki, mənim məktublarıma cavab yoxdur).... kırışalıq etməsi ilə bağlı Sizə və aidiyyatı dövlət orqanlarına rəsmi olaraq bir neçə yüz müraciət etmişəm (qeyd etdiyim kimi, nədən isə Prezident aparatından heç bir məktubuma cavab almamışam. Çünki, Prezidentin saytında edilmiş müraciətlərin siyahısında da adım yoxdur. Elə bilirəm bunu da vətəndaşların müracətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov araşdırmalıdır, nədən). Lakin, heç bir nəticə yoxdur. Əslində Vasif İmanov bu hərəkətləri ilə dəfələrlə rəsmi toplantılarda məmur və məmur övladlarının qudurğanlıqları barədə Sizin etdiyiniz xəbərdarlıqlara belə sayqı göstərmir. Bütün rayon ictimayyəti bu hadisəni bildiyi üçün, Vasif imanov bu məsələdəki mövqeyi ilə, əslində həm də Sizin görmüş olduğunuz bunca işlərə yerlərdə kölgə düşürmüş olur. Biz inanırıq ki, Vasif İmanov kimi başçılar haqqında da öz sözünüzü deyəcəksiniz.

G.M 2018-08-28 15:48:06

Ümumiyətcə Rayonlarda RİH Başçılarını ləğv eləsələr yaxşıya doğru dəyişiklik daha çox olar.

elcin -jurnalist 2018-08-28 15:48:06

vaqif muellim deyerli ve isguzar kadrdir. onun aqdama basci teyin edilmesi cenab prezidentin uqurlu kadr siyasetidir. aqdamlilari- oz yerlilerimi tebrik edirem bu teyinata gore.

EWDER 2018-08-28 15:48:06

əla...

şəkili 2018-08-28 15:48:06

Cənab Prezident, Şəki də 8-ildir ki İcra Başçısı yoxdur ....?

Son yazılar