TRT  İhsanoğluna senzura qoydu

TRT televiziya kanalı müxalifətin prezidentliyə vahid namizədi Əkmelledin İhsanoğluna qarşı senzura tətbiq edib.

SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, TRT Ə.İhsanoğlunun iştirak etdiyi sənədli filmi yayınlamağı dayandırıb. 2010-cu ildə çəkilən və 7 bölümdən ibarət olan “Müqəddəs Su Zəmzəm-Zübeyde Su Yolu” adlı sənədli filmi Ramazan ayı münasibəti ilə iyulun ilk həftəsində TRT-də yayınlanmalı idi. Sənədli filmdə indiki prezidentliyə namizəd olan professor Əkmələddin İhsanoğlu ilə müsahibə də var. Ancaq filmin 1-cü bölümü yayınlansa da, TRT kanalı efir vaxtının az olduğunu səbəb gətirərək filmin yayımını dayandırıb.

Sənədli filmlə bağlı məsələ TBMM-nin gündəminə salınıb. CHP sədrinin müavini, deputat Sezgin Tanrıkulu TRT-nin senzurası ilə bağlı məsələnin araşdırılması üçün Baş nazirin müavini Bülənt Arınça məktub ünvanlayıb.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar