ELMAR VƏLİYEV NİYƏ İŞDƏN ÇIXARILDI? - "Həkimlər onun..." + VİDEO 

Xəbər verildiyi kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vəzifəsindən azad olunub. Onun yerinə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi İbrahimov təyin oluub.

Etibarlı mənbədən Axar.az-a verilən məlumata görə, E.Vəliyevin vəzifədən alınması qərarı ona qarşı törədilmiş sui-qəsddən sonra uzunmüddətli müalicəyə və bərpaya ehtiyac duyması ilə bağlıdır.

Belə ki, E.Vəliyevin səhhəti ilə bağlı son görüntülər də sabiq merin hələ tam sağlamlığa qovuşmadığını göstərir. Həkimlər onun iş qabiliyyətini tam bərpa etməsinin hələ uzun zaman tələb etdiyini bildirirlər. Gəncə kimi böyük və mühüm şəhərin meri postunu isə uzun müddət boş saxlamaq məqsədəuyğun hesab olunmur.

635x100

Şərhlər

millət 2018-08-28 16:34:06

Bütün icra başçıları eyni prinsiplə işləyir.Hamısının qara kassası,rüşvət hədləri.büdcə gəlirləri,digər mənimsəməıləri demək olar ki,eynidir.....Yalnız bir rayonda biabırçılıq son həddə çatanda,yerlərini dəyişirlər .Fakt: Hansı icra başçısı rüşvətə görə bu 25-30 ildə həbs olunub? Axı onların hamıs rüşvət alıb torpaq,ərazi,iş və sair verirlər,özününküləşdirirlər.Millət bezib onlardan.

Siуasi Eksperт 2018-08-28 16:34:06

Bu Bakı İH BAŞÇIsı VƏZİFƏsi ugrunda MÜHARİBƏyƏ bənzəmədimi? ..............

o.b.n 2018-08-28 16:34:06

Azərbaycanda ölüm hökmü yoxdur.Ancaq ondan ağır onu əvəz edən cəza növü var:Vəzifədən azad etmə.Çoxdandır Gəncədən böyük Bakıda mer yoxdür.

ayzek 2018-08-28 16:34:06

elmar bakıya gəlməli olduğu üçün qarşısı belə alındı.

G.M 2018-08-28 16:34:06

Əslində E.Vəliyevin səhəti ona işləmək imkanı vermir.Bu adamın hərəkətinin bərpası müəyyən qədər olsa da ümumi vəziyəti idarəçilik qabliyətini məqbul etmir.Allah heç kəsi bu günə salmasın

keşlə 2018-08-28 16:34:06

Heç də elə deyil. Elmar başlamışdı onu himayə edənlərlə təpiklşməyə... Ona görə də getməli idi.

- 2018-08-28 16:34:06

Bəlkə prezident Elmar Vəliyevi Bakıya mer təyin edəcək. Gözləyin.

Son yazılar