“ETİMADI İTİRƏNLƏR VƏZİFƏDƏN GEDƏCƏKLƏR!” - Deputat Elmar Vəliyev haqda

Bu gün Prezident İlham Əliyev bir neçə bölgəyə yeni icra başçısı təyin edib. Belə ki, Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Həmçinin Niyazi Bayramovu Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Prezidentin imzaladığı digər sərəncamlarla isə İbrahim Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin, Vaqif Həsənov isə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Modern.az-a deyib ki, İlham Əliyev bu ilin aprelin 11-də keçirilən seçkilərdə yenidən prezident seçildikdən sonra artıq ciddi xarakter daşıyan islahatları daha da dərinləşdirib: “Ölkənin iqtisadi, hüquqi müstəvidə daha da təkmilləşdirilməsi, dövlətimizin möhkəmlənməsinə xidmət edən addımların atılması prezidentin siyasi, idarəçilik fəaliyyətində ən mühüm xarakter daşıyır. Əlbəttə ki, bu humanistlik prinsipinə söykənir”.

F.Ağamalı prezidentin icra başçıları ilə bağlı son təyinatlarının gözlənilən olduğunu bildirib: Bu, bir daha onu göstərir ki, ölkə başçının etimadını itirən, xalqa lazımi səviyyədə xidmət etməyənlər öz vəzifələrini itirəcəklər. Hesab edirəm ki, Azərbaycan xalqına xidmət etməyi özünə şərəf bilən, dövlət başçısının tapşırıqlarını birmənalı şəkildə yerinə yetirən, öz şəxsi ambisiyalarının quluna çevrilməyən insanlar vəzifəyə təyin olunduqdan sonra da bu proses davam edəcək. Əgər bu təyinatlar ayrı-ayrı məmurlar tərəfindən nəzərə alınmırsa, ibrət dərsi götürülmürsə əlbəttə ki, həmin dəyişikliklər onları da gözləyir. Mən çox istərdim ki, belə olmasın. Onlara prezident tərəfindən göstərilmiş etimadı yüksək səviyyədə doğrultsunlar, həqiqətən də Azərbaycan xalqının xidmətçisinə çevrilsinlər, hər zaman xalqın içərisində olsunlar, xalqın düşüncələrini, istəklərini öyrənsinlər, insanların məruz qalmış olduğu problemlərin, çətinliklərin həll edilməsi istiqamətində işlər görüsünlər. Bu, mənim və Azərbaycan xalqının gözləntisi, istəyidir. Ölkə başçısının hər bir addımı hər zaman olduğu kimi, indi də Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edir. Əmin olmaq istərdim ki, yeni təyinat alanlar dövlət başçısının etimadını yüksək səviyyədə doğruldacaqlar. Azərbaycan xalqının təmənnasız xidmətində duracaqlar. Hər zaman xalqımız tərəfindən sevimli məmura çevriləcəklər. Mənim arzum və istəyim budur”.

Deputat ümid edir ki, son hadisələr məmurların hərəkət və davranışlarında müəyyən ciddi dəyişikliklərə səbəb olacaq: “Hər kəs daşımış olduğu vəzifənin məsuliyyətini dərk edərək, yuxarıda sadaladığım keyfiyyətlərə söykənərək xalqımıza və dövlətimizə xidmət göstərəcək. Azərbaycan xalqı ilə prezident arasında mövcud olan birliyə, vəhdətə yeni-yeni töhfələr verəcəklər. Mən buna inanmaq istərdim. Yeni təyinat alanlara da cansağlığı, işlərində müvəffəqiyyətlər arzu edirəm. Arzu edərdim ki, onlar haqqında mətbuatda, ictimai rəydə ancaq xoş fiikirlər səsləndirilsin”.

635x100

Şərhlər

Milana 2018-08-28 17:38:12

Bunun biridə AZtv sədri qedməlidi Arif Alişanov coox pullar dagidir budcədən hələm insanlarida həpsə atdirir .

Vətəndaş 2018-08-28 17:38:12

Fəzail bəy,dediklərniz deputatlara da aiddir?Axı illərdir oturublar havayı yüksək maaş alırlar, amma millət üçün bir faydalı işləri hiss olunmur.İşləri Prezident aparatından gələn kağzlaraəl qaldırmaqdır.Millət üçün yaxşı təşəbbüsləri eşidilməyib.Elə Hadı kimi millətə ziyan vurmaqla məşğuldurlar.

S.Ənvərqızı 2018-08-28 17:38:12

Ağamalı müəllim, təzə təyin olunan nazirlər,köhnələrinin ölənlərinə rəhmət oxutdururlar. Rabitə Naziri Ramin Quluzadə həyat yoldaşımın iş fəaliyyətini araşdırıb,özünə layiq işə təyin etmək əvəzinə,məmurun şəxsi maraqlarına üstünlük verir və bu səbəbli peşəkar rabitəçini işlə təmin etməyir. Müraciətinə heç cavab da vermirlər..Nazir dəyişilib,nazirlik isə dəyişilməyib? Bir nazir ki,öz xidmətləri ilə vətəndaşın,dövlətə olan inamını azaldırsa,belə məmurlar haqqında vaxtında cəza tədbirləri görülməlidir....

Nadir. 2018-08-28 17:38:12

Bismillahir-Rəhmanir-Rəhim .Hörmətli Millət vəkili F.Ağamalı deyr ki,- “Əmin olmaq istərdim ki, yeni təyinat alanlar dövlət başçısının etimadını yüksək səviyyədə doğruldacaqlar. Azərbaycan xalqının təmənnasız xidmətində duracaqlar”. Vallah-billah, ürək ağrısı ilə yazıram təzə təyin olmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev cənablarına 5 ayda yazdığım çox sayli şikayətlərimə cavab vermir! Buda təzə nazir! Allah xalqımızı qorusun. Bü yeni nazirdən soruşmaq gərəkdir ki, cəzasızlıq və məsuliyyətsizlik mühitünü bu nazirlikdə kim yaradıb? Deyirəm, hörmətli nazir S.Babayev! 5 ayda aparatda kargüzarliq sahəsində nizam -intizam yarada bilmlrsinizsə sonrası nə olacaq?Siz bununla qanunun alilik prinsipini nüfuzdan salırsınız, dövlət orqanlarına və vəzifəli şəxslərə xalqın inamı azaldırsınız.Cənab Millət vəkili F.Ağamalı xahiş edirəm buna son qoyun.

Cəmşid Dərələyəzli 2018-08-28 17:38:12

Hər bir bölgəyə başçı təyin olunanda onun kimin qardaşı və qudası olmasından öncə, onun Siyasi təfəkkürü, mədəniyyəti, davranışı və idarə etmə bacarığı diqqətə alınmalıdır Təssüfki, əksər təyinatlarda bu kriteriyalar nəzərə alınmır və son da da onlar öz davranış və fəaliyyətlərində hakimiyyətin üz qarasına çevrilmiş olurlar. Onlar eyni zamanda bu yarıtmaz fəaliyyətləri ilə də Cənab Prezidentin gördüyü bunca işlərə yerlərdə kölgə düşürürlər. Pirallahının hazırki başçısı Vasif İmanov kim . Özü və başına yıxdığı Manaf Manafov kimi mənaviyyatsız məmurlar haqqında Prezident aparatına minlərlə şikayətlər edilib. Odurki də Cənab Prezidentin Vasif İmanov kimiləri haqqında da sərəncam verməsini gözləyirik. Bu təmizlənmə davam etdirilməlidir.

Vekil 2018-08-28 17:38:12

Memurlar biznesden el cekmeyene qeder muhit saglamlasmayacaq! Bunlar her iksi biri birine ziddiyyet teskil edir...

rasim 2018-08-28 17:38:12

Elmar Vəliyevin fəaliyyətinə şəraiti Prezident Administrasiyasının Ərazi İdarəetmə orqanları ilə iş şöbəsi, bu şöbənin müdiri Zeynal Nağdəliyev yaradıb. Çünki uzun illərdir ki, icra başçılarından gələn şikayətləri, bu şöbənin əməkdaşları öz şəxsi mənafeləri naminə hərəkətindən və hərəkətsizliyindən şikayət edilən icra başçılarına əksəriyyət hallarda nəzarətdə saxlanılmadan göndərirlər Şikayət məktubları barədə Prezidentə məlumat verilmir. Prezident əvvəlcədən hazırlanmış publikanın qarşısına çıxarılır.

elcin-jurnalist 2018-08-28 17:38:12

aqdam rayonuna yeni icra hakimiyyetinin bascisi teyin ewdilen vaqif muellim hem isguzar- hem de dovlete ve prezidente sedaqetli insandir. men bir aqdamli kimi bu duzgun teyinata gore cenab prezidente minnetdarliq edirem. inaniram ki vaqif muellim aqdam ucun boyuk isler gorecek.

Nadir. 2018-08-28 17:38:12

Bismillahir-Rəhmanir-Rəhim .Hörmətli Millət vəkili F.Ağamalı deyr ki,- “Əmin olmaq istərdim ki, yeni təyinat alanlar dövlət başçısının etimadını yüksək səviyyədə doğruldacaqlar. Azərbaycan xalqının təmənnasız xidmətində duracaqlar”. Vallah-billah, ürək ağrısı ilə yazıram təzə təyin olmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev cənablarına 5 ayda yazdığım çox sayli şikayətlərimə cavab vermir! Buda təzə nazir! Allah xalqımızı qorusun. Bü yeni nazirdən soruşmaq gərəkdir ki, cəzasızlıq və məsuliyyətsizlik mühitünü bu nazirlikdə kim yaradıb? Deyirəm, hörmətli nazir S.Babayev! 5 ayda bu sahədə nizam -intizam yarada bilmlrsinizsə sonrası nə olacaq?Siz bununla qanunun alilik prinsipini nüfuzdan salırsınız, dövlət orqanlarına və vəzifəli şəxslərə xalqın inamı azaldırsınız.Cənab Millət vəkili F.Ağamalı xahiş edirəm buna son qoyun.

miri 2018-08-28 17:38:12

Fəzail kimi deputatxana işçisi olan...... Naqilbaz deputat...

Son yazılar