Almaniyadan ABŞ-ı əsəbləşdirən həmlə: Türkiyəyə yardım edəcək

Almaniya Türkiyəyə təcili maliyyə yardımını dəyərləndirir.Axar.az xəbər verir ki, bu barədə “Vol Strit” jurnalı məlumat yayıb. Məqalədə bildirilir ki, alman mütəxəssislər regionda yeni iqtisadi böhranın yaranacağından narahatdır.

Adı açıqlanmayan alman ekspertin sözlərinə görə, Berlin Türkiyədə yaşanan iqtisadi gərginliyin Avropaya sirayət edəcəyinə görə təlaşdadır:“Yaxın Şərq daha da böhranlı vəziyyətə gələ bilər. Yeni miqrant axınından narahatıq. Türkiyədə sabitliyi qorumaq üçün bir çox şey edəcəyik”.

Qeyd edək ki, sentyabrda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Almaniyaya səfəri gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar