Hindistan ABŞ mallarını əvəzləməyə hazırdır - Çin üçün

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Hindistan hökuməti Çin Xalq Respublikası (ÇXR) üçün Amerika Birləşmiş Şatatlarından (ABŞ) idxal olunun məhsulları əvəzləmək məqsədilə siyahı hazırlayıb.

«Bloomberg» agentliyinin məlumatına görə, siyahıya 40-dan artıq məhsulun, o cümlədən, təzə üzüm, pambıq və tütünün adı daxil edilib. Ən azı 80 növ məhsulun da Çinə ixracı üçün yüksək potensialı var.

İki ölkə arasında davam edən ticarət mübahisəsi və yeni sanksiyalar fonunda Çinin ABŞ-dan idxal etdiyi bir sıra malların rüsumu əhəmiyyətli dərəcədə artıb. İndiki halda ÇXR Hindistanın nəhəng ticarət həmkarıdır. Bu ölkənin Çinlə ticarət defisiti 63 milyard dollar təşkil edir.

Beləliklə, Dehlidə ümid edirlər ki, nəzərdə tutulan yeni ixrac proqramı bu fərqi xeyli azalda bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar