MEHRİBAN ƏLİYEVANIN YENİ KÖMƏKÇİLƏRİ KİMLƏRDİR? - DOSYE

Xəbər verdiyimiz kimi dünən Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyevaya köməkçilər təyin olunub. Yeni təyin edilən köməkçilər Emin Hüseynov və Xalid Əhədovdur.

Bununla da Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı 6-ya çatıb. Qeyd edək  ki, Emin Zamin oğlu Hüseynov 12 noyabr 1974-cü ildə Lənkəranın Boladi kəndində doğulub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Kommersiya fakültəsini Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bitirib.

1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə magistr dərəcəsini alıb. 2009-cu ildə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsini alıb. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

1998 – 2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində iqtisadçı

2001 – 2003-cü illərdə Beynalxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəsinin Ofisində iqtsadçı

2003 - 2005-ci illərdə Dünya Bankının Azərbaycandakı Ölkə Ofisində ölkə üzrə iqtisadçı

2005 - 2007-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar departamentinin direktoru

2007 – 2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və statistika departamentinin direktoru

2008-2010-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında Tədqiqatlar departamentinin direktoru, Mərkəzi Bankın baş iqtisadçısı

2010 – 2013-cü illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və inkişaf mərkəzinin direktoru, Mərkəzi Bankın Baş direktoru

2013 – 2016-cı illərdə Azərbaycan Diplomatiya Akademiyasında, Strategiya və inkişaf məsələləri üzrə prorektor

2016-cı ilin yanvar ayından iyun ayına kimi "ADA” Universitetində Elmi məsələlər və strategiya üzrə prorektor

2016-cı ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Sərəncamı əsasında yaradılmış İşçi Qrupun üzvü.

2016-cı ildən yeni təyinatına qədər isə maliyyə nazirinin müavini vəzifəsində çalışıb.

Evlidir, üç övladı var.

Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin edilən Xalid Əhədov isə 4 fevral 1980-ci ildə anadan olub. Ziyalı ailəsində anadan olan X.Əhədovun anası müəllim, atası həkimdir.

1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və kredit» ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olub və Barselonada MBA təhsili alıb.

1995-1996-cı illərdə riyaziyyat üzrə Azərbaycan olimpiadasının qalibi olub.

Professional fəaliyyəti:

1999-cu ilin mart ayı - «Bank of Baku» - komanda rəhbəri vəzifəsi, pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələri;

2005-ci il - Bank of Baku - idarə heyəti sədrinin müavini;

2012-ci il - Unibank - İcraedici komitənin üzvü;

2015 il - Unibank - İcraçı direktor;

12.07.2016 - “Bank Standard” - Baş direktor;

2.12.2016 - "Azər Türk Bank" - İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı;

10.01.2017 - "Beynəlxalq Bank" - İdarə Heyətinin sədri;

14.03.2018 - "Beynəlxalq Bank" - Müşahidə Şurasının üzvü.

Qeyd olunan vəzifələrlə yanaşı, o, "Atəşgah sığorta"nın müşahidə şurasının üzvü, Millikart Prosesinq Mərkəzinin Direktorlar Şurasının sədri vəzifələrinidə icra edib.

Xalid Əhədov CFA 3 səviyyəsinə namizəddir.

Qeyd edək ki, Xalid Əhədov keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur.

635x100

Şərhlər

İxdiуara 2018-08-29 10:35:02

Azaddır, Anardır, Ramindir, Nuruşdur, İnamdır, Abulfazdır Sizə-bizlərə aid dəуil? Azad Azərbaуcanda hərə ozƏl DOVLƏТİNİ уaradır-doldurmaga çalışır.

-- 2018-08-29 10:35:02

Oxumaq, təhsil almaq zəhmətdir. Sonda insanı ucaldır. Yaxshı tərcumeyi-halları var.

İsmayıl İmamov- Şəki 2018-08-29 10:35:02

Emin müəllimi,Cənab Prezidentimizin sərəncamı ilə Birinci vitse-prezident Mehriban xanımın köməkçisi təyin olunması münasibətilə təbrik edir,möhkəm cansağlığı,xoşbəxtlik,şəxsi həyatında və dövləti vəzifəsində uğurlar arzu edirəm.Emin müəllim 2009 -cu ildə Bank Tədris mərkəzində Bank-maliyyə xidməti üzrə mənə dərs deyib.O dövrdə Emin müəllimi ciddi,tələbkar,savadlı bir Bank işçisi kimi tanımışam. Mən inanıram ki,Emin müəllim öz xidmətləri ilə cənab Prezidentimizin etimadını layiqincə doğruldacaqdır.Uğurlar

SUAL 2018-08-29 10:35:02

NE VAXT, sahibsiz, yetim, dilenchi ushaqlara, Dovlet terefinden NORMAL QAYQI-YARDIM GOSTERILECEK....... ?????? Atalar misali məmurlar uchun yazilib : " TOXUN ACDAN XEBERI OLMAZ"!!! Ishsiz, kasib insanlar INTIHAR edirler..., NIYE, hökumət NARAHAT OLMUR....... ????????? BELKE, məmurlar AZERBAYCANLI DEYIL....???????????

ixtiyar 2018-08-29 10:35:02

O həmin Nureddindir ki, Musavatin divan uzvidir. Musavat partiyasi Biləsuvar rayon təşkilatinin rəhbəri Nurəddin Əhədovun oğlu Xalid Əhədovdur

Son yazılar