BMT İsraili hərbi cinayətlərdə ittiham elədi

BMT-nin insan haqları üzrə ali komissarı Navi Pilley İsraili kəskin tənqid edən bəyanatla çıxış edib. musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, Təl Əvivi beynəlxalq qanunvericiliyi şüurlu və sistematik şəkildə pozmaqda suçlayıb.

BMT rəsmisinə İsrailin Qəzzada hərbi cinayətlər törətdiyini sübut edən faktların olduğunu bildirib. Onun sözlərinə görə, söhbət ilk növbədə xəstəxanaların atəşə tutulması və uşaqların həlak olmasından gedir. Ali komissar rəsmi Təl Əvivin həmçinin, Qəzzadakı dinc əhalinin müdafiəsi üçün yetərli tədbirlər görmədiyini söyləyib.

Təşkilat yetkilisi habelə ABŞ-ı İsraili silahlandırmaqda ittiham edib. “ABŞ İsrailə təkcə silah vermir, həm də milyardlarla dollar verib ki, İsrail vətəndaşlarını raket hücumundan qorumaq üçün sistemlər hazırlasın, hansı sistemlər ki, Qəzza əhalisində yoxdur. Amerika əməliyyatların dərhal dayandırılması üçün İsrailə təsir imkanlarından istifadə eləməlidir”, - deyə Pilley əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar