Məşhur pivə şirkətində saxtakarlıq

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Nizami rayonunda fəaliyyət göstərən "Azəri" firmasına məxsus istehsalat sahəsində qanunsuz pivə istehsal edildiyi aşkarlanıb.

Nazirlikdən bildirilib ki, yoxlama zamanı istehlakçılarda yanlış təəssürat yaratmaq üçün pivə qablarının markalanma məlumatlarının yalnız xarici dildə verildiyi müəyyən olunub. Müəssisənin digər bazar subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə etdiyi də üzə çıxıb.

Yol verilən qanun pozuntuları ilə əlaqədar "Azəri" firması barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar