Sumqayıtda 17 yaşlı yeniyetmə bıçaqlanıb

Sumqayıt şəhərində 17 yaşlı yeniyetmə bıçaqlanıb."Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayon, ev 35b, mənzil 9 ünvanında qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Bəxtiyar Elnur oğlu Allahverdiyev yaşadığı evdə tanışı tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar