BAKIDA BU OBYEKTLƏRİN SÖKÜLMƏSİNƏ BAŞLANDI - Açıqlama +VİDEO

Bakının mərkəzi və ətraf rayonlarında yol verilmiş nöqsanların aradan qaldırılması, səki, yollar, keçidlərin gediş-gəlişə mane olan tikili və s. obyektlərdən təmizlənməsinə başlanılıb. 

Realtv.az xəbər verir ki, paytaxtda aparılan abadlıq-quruculuq işləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətində yaradılmlş işçi qrup tərəfindən şəhərin bütün rayonlarında qanunsuzluqların aşkar edilməsi məqsədilə reydlər keçirilib, qeyri-qanuni obyektlər müəyyənləşdirilib.

Artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz tikili və obyektlərin sökülməsi, səkilərin və yol kənarlarının təmizlənməsi işlərinə başlanılıb. Həyət və məhəllələrdə qeyri-qanuni tikili və hasarlar söküləcək, “Abad məhəllə” və “Nümunəvi həyət”lər yaradılacaq.

"Bakının bütün rayonlarında qanunsuz tikililər, hasarlar söküləcək". "Report"un xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Nəzаrət şöbəsinin müdiri Zülfəli Babayev deyib.

Onun sözlərinə görə, paytaxtın Xətai rayonunda zəbt edilən 7 ərazi aşkarlanıb, həmin yerlərdə söküntü işləri aparılıb, ərazi təmizlənib. O bildirib ki, həmin ərazilərdə yaşıllaşdırma işləri aparılacaq.

Şöbə müdiri vurğulayıb ki, bu tədbirlər çərçivəsində qanunsuz küçə ticarətinin də qarşısı alınacaq: "Bakı Şəhər İcra Hakimiyyətinin bu cür tədbirləri mütəmadi olaraq davam etdiriləcək".

"Report”un əldə etdiyi məlumata görə, paytaxtın mərkəzi və ətraf rayonlarda yol verilmiş nöqsanların aradan qaldırılması, səki, yollar, keçidlərin gediş-gəlişə mane olan tikili və s. obyektlərdən təmizlənməsi, sakinlərimizə narahatçılıq yaradan digər amillərin aradan qaldırılması məqsədi ilə, həmçinin ölkə başçısının tapşırıqlarına əsasən paytaxtda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətində yaradılmış işçi qrupu tərəfindən şəhərin bütün rayonlarında qanunsuzluqların aşkarlanması məqsədi ilə reydlər keçirilmiş, qeyri-qanuni tikili və obyektlər müəyyənləşdirilib.

Söküntü işləri bu gün səhər saatlarından etibarən paytaxtın Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında aparılır. Belə ki, son vaxtlar Bakının bəzi yerlərində müxtəlif işbazlar, vətəndaşlar, ictimai-iaşə obyektlərinin sahibləri tərəfindən sakinlərin və hərəkət yollarının üzərində, yaşayış binlarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, meydançalarının qeyri-qanuni olaraq zəbt olunmaqla burada müxtəlif təyinatlı tikili və obyektlər inşa olunub, eyni zamanda bəzi vətəndaşlar həyət və yol zəbt edərək hasarlamış və buradan öz məqsədləri üçün istifadə edirlər. Əksər hallarda bu hərəkətlər səkilərin və yolların daralmasına səbəb olaraq gediş-gəliş üçün maneələr yaradır. Həyətlərdə tikilən müxtəlif təyinatlı iaşə və digər obyeltkər sakinlərin istirahətinə mane olur və haqlı narazılıqlar yaradır.

Artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz tikili və obyektlərin sökülməsi, səkilərin və yol kənarlarının təmizlənməsi, həyət və məhəllələrdə qeyri-qanuni tikili və hasarların sökülərək burada sakinlərin istirahəti üçün hər cür şəraiti olan “Abad məhəllə” və “Nümunəvi həyət”lərin yaradılması istiqamətində işlərə start verilib. Bu zaman paytaxt sakinlərinin müraciət, istək və arzuları da nəzərə alınıb.

635x100

Şərhlər

NURəddin 2018-08-30 11:52:44

Sök! Dağıt! Vur! Tut! Əlindən al! Öldür! Qorxma!

t.ədalət 2018-08-30 11:52:44

Azadlıq prospekti boyunca mağara təfəkkürü ilə tikilən hündürmərtəbəli kommersiya yaşayış evləri prospektdəki gediş-gəlişi də məhdudlaşdırıb.Piyadalar prospekt boyunca yola girən,bir mərtəbə tikildikdən sonra yenidən yola girən binaların tikintisindən çox narazıdır.Cənab prezident belə tikililərə də qadağa qoysa yaxşı olar.

Əli Abdullayev 2018-08-30 11:52:44

Səkilərdə tikilən obyektlər də yığışdırılsa çox yaxşı olar. Elə küçələr var ki, səki tamamilə bağlanıb. İnsanlar maşın yolu ilə hərəkət etməyə məcbur olurlar. Misal üçün bir ünvanı qeyd edim: Mirqasımov küç. ilə S.Rüstəm küçəsinin kəsişməsində səkidə tikilmiş kababxana və ət dükanı. 42 nömrəli məktəbin yaxınlığı.

Veteran 2018-08-30 11:52:44

Bakini qariw-qariw "qanunu"satib qutarmisiniz ay Zulfeli indi bawlamisiniz tamawa duzeltmeye. Gic ozunuzssunuz camaati gic yerine qoymuyun!

AAgahuseyn 2018-08-30 11:52:44

Qaradaqda qanunsuz tikililəri sökməyə 5-il vaxt lazımdır.İndi başlayıblar yollarda ev tikməyə.Z.Babayev dediyi nağıldır.ĞƏLSİN Lökbatana nə qədər istəyir belə obyektlər ğöstərək.Yolu baqlayıb tövlə və ev tikən kifayət qədər fakt ğöstərim.

G.M 2018-08-30 11:52:44

Bu il İH Başçılarının tamahından ``azad olunan`` torpaqlar Allah qoysa gələn il Baksovet tərəfindən ikiqat qiymətə satışa çıxardılacaq.E.Əzizov mallım çooox savadlı kadrdı.``Dolanışığın`` bütün variantlarını bilir..PA Binasını ərəblərə Yataqxana kimi versələr vallahi təəcüblənmərəm...

pensiyaner 2018-08-30 11:52:44

xahis edirem xezer denizinin hasara alinmis cimerlikleride tez bir zamanda hasarlardan azad edilsin.

Adil 2018-08-30 11:52:44

Salam. Bir de sutkalıq olmasın ehmedli metrosundan üzüyuxarı Bakı kinoteatra teref ağacları saymazcasına kesib obyekt tikirler. Nizami rayon icra hakimiyyeti başcısı sonra deme ki cenab Prezident vallah xeberi olmayıb.

Adil 2018-08-30 11:52:44

Zığ yolu 36, 40, 42, 44 nömreli binaların heyeti de hasarlar ve qanunsuz qaraj ve moykalarla zebt olub. Xetainin hörmetli icra başçısı sonra demeyin ki malumatımız olmayıb.

EWDER 2018-08-30 11:52:44

MOLODES HECIBALAYA,ONU BAW NAZIR QOYMAQ LAZIMDIRRR...INKIWAFIMIZ DAHA DA SURRRETTLI OLAR VE NEC ONA CATA BILMEZ

oxucu 2018-08-30 11:52:44

Heç inanmağım gəlmir. Yenə də baxaq da.Binəqədi rayon Ə.Naxçivani 4B binasının ətrafənda olan qanunsuz tikililər sökülsə sakinlər çox xöşbəxt olarlar. bir addım da olsa boş yer qoymayıblar.bir tərəfdən də həyətdə olan moykanın səsi küyü insanlara rahatlıq vermir. yaşayarıq görərik.

Müəllim 2018-08-30 11:52:44

Çox yaxşı ki, qanunsuz zəbt olunmaların qarşısı alınmağa başlanıb. Yaxşı olar ki, son illərdə mikrorayonlarda başlayan kütləvi "işğala" də son qoyulsun. Hasarları sökmək asandır, qanunsuz tikililərin: həyətlərdə, dayanacaqlarda, səkilərdə və s. tikilmiş bina və obyektlərin taleyi necə olacaq? Onlara icazə verib pul toplayanlar cəzalanacaqmı? Bu işə başlayanlara uğurlar arzulayırıq, Bakının infrastrukturunu məhv edənlərin qarşısını alın.

Son yazılar