"APA" İLƏ BAĞLI YEKUN QƏRAR AÇIQLANDI - Vüsalə Mahirqızından yeni bəyanat 

Avqustun 1-də Prezident İlham Əliyevin çıxışını təhrif etdiyinə görə fəaliyyəti dayandırılan "APA Holding" MMC ilə bağlı yekun qərar verilib.

"AzPolitika.info"nun məlumatına görə, holdinqin prezidenti Vüsalə Mahirqızı bu gün "APA Holding" MMC-nin fəaliyyətini tamamilə dayandırdığını elan edib. V.Mahirqızının bir cümləlik bəyanatında deyilir: ""APA Holding" MMC fəaliyyətini tamamilə dayandırıb".

V.Mahirqızının bu bəyanatı APA ilə bağlı siyasi qərarın qətiləşdiyindən xəbər verir. Beləliklə, bu media holdinqin yenidən fəaliyyətə başlayacağı ilə bağlı ehtimallar aradan qalxmış oldu.

Siyasi hakimiyyətin ən uğurlu media layihələrindən biri ilə bağlı belə sərt qərarı son dərəcə maraqlıdır. APA, şübhəsiz ki, hökumətin media siyasətində çox önəmli rol oynayırdı. Bu holdinqın bir səhvə görə (Prezidentin çıxışının cüzi təhrifi-red.) üstündən xətt çəkildiyinə inanmaq sadəlövhlük olardı. APA daha böyük oyunların qurbanıdır və yüksək ehtimalla, bu populyar agentliyin belə qəfil qərarla bağlanması daha bir "imperiyanın" asta çöküşünün üzə çıxan inikalarından biridir. Belə bir prosesin getdiyi, xüsusən də son aylarda daha çox gözlə görünən olub.

Çox böyük ehtimalla, yaxın vaxtlarda APA-nı əvəz edəcək, onun informasiya məkanındakı əhəmiyyətli yerini doldurmağa hesablanacaq yeni media layihəsinin əsası qoyulacaq. Lakin şübhəsiz ki, bu layihə hökumətə APA-nın bağlı olduğu tellərlə bağlı olmayacaq...

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

o.b.n 2018-08-30 12:54:30

Agentliyin bağlanması yaxşı əlamət deyil.Ş.Koreyada yalnız dövlət agentliyi var,vətəndaşlarisə özlərini dünyanın ənhesab edirlər.Qaldı sirrə.Parad,dövlət öz gücünü düşmənə göşərmək üçündür.Silahı bzə satan da düşmənin mələk donu geymiş atasıdir, satmazdan əvvəl düşməni məlumatlandırır.APA və ANS bir sirr yayılmasında günahkar saya bilərlərki,oda korubsanerlərin ifşası idi.Korubsanerin ifşasi dövlət sirri yox,dovlətin xilasıdir.Yaxşı olarki söz azadlığı boğulmasin insanlar bir yox çox mənbədən oxusun

Baba-Can 2018-08-30 12:54:30

Bu agentlik çox yanlış xəbərlər yayıb, sadəcə özləri də hiss etmirdilər ki, bunun bir sonu ola bilər, maliyyə tərəfi də qaranlıq deyil, gömrükdə yığılan pullar hesabına yaradılmışdı, bəziləri kibrit çöpü ayaqlı nəhəng gövdəli oliqarxlara çox güvənirlər, unutmasınlar ki, həmin çöp ayaqlar günlərin birində qırıla bilər...APA-nın bağlanması informasiya məkanına bir rahatlıq gətirib.

Azad Qarabaglı 2018-08-30 12:54:30

Kəskin siуasi-тəbii тəlaтümlərə məruz aləmdə kiçicik Azərbaуcan, (уəqin ki, ozəl gozdə çox gorünən sərvəтə gorə) heç də Boуuk Çin və Hindli kimi тəmkinli deуil, "daşnagizmə həmahəng məşhur" dünуəvi siуasəт cəhdi aşkardır? Erməni miliтarizmi əslində rəsmi siуasəт dəуil, aparıcı siуasəтçi və dini liderlərə arxadan qarmaqdır. Dovləт separaтizmi də olsa, ozəl dairə Azərbaуcanda da cəmiууəт üzərində liderliуə daha уenilməz zəmanəт verir. Məncə, APAlı və azad jurnalislərə nəsə izah edə bildim?

Vugar Amrullayev 2018-08-30 12:54:30

ne cür adamdi bu...?

t.ədalət 2018-08-30 12:54:30

...Fəxri adlar və mükafatlar adamları buyurmaq üçündür.Ən yaxşı ad isə Vətənə xidmətdir.Bu kürsünü tutanları heç vaxt endirmək olmur.

Yaşar 2018-08-30 12:54:30

Bunlar çoxdan bağlanmalı idi, kimə işləyirdilər bilinmədi bütün dövlət sirlərini sadə reytinq naminə açıb tökürdülər. Dövlətin nə silahlar aldığını açıq-açıq yazırdılar, halbuki bu məlumatları əldə etmək üçün düşmənə güclü kəşfiyyat sistemi lazım idi. Heç bir kəşfiyyatsız Apa hamısını göstəbək kimi açıb tökürdü.

Son yazılar