"Mükafatınız təpənizə dəysin"

Türkiyənin baş naziri Amerika Yəhudi konqresinə "od püskürdü"

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Amerika Yəhudi Konqresinin 2004-cü ildə ona verdiyi “Cəsarət” mükafatının geri istənilməsinə sərt reaksiya verib.

ANS PRESS-in məlumatına görə, Vanda seçki kampaniyası çərçivəsində kütlə qarşısında çıxış edən Ərdoğan İsrailin Qəzzada törətdikləri qətliamlara hiddətlənərək “mükafatı başınıza vurun” deyib.

“Bu ara bir şey baş verdi. Amerika Yəhudi Konqresi mənə verdiyi mükafatı geri istəyirmiş. Əgər bu zülmə, bu soyqırıma, bu Hitler faşizminə, uşaqları qətlə yetirən rejimə dəstək verirsizsə, alın mükafatınız başınıza dəysin”, - deyə Ərdoğan bildirib.

Ərdoğan fələstinli körpələrin fəryadlarının inşallah qarşılıqsız qalmayacağını bildirib, o qətillərə göz yuman, dəstək verən zalimlərin də həmin körpələrin gözyaşlarına görə inildəyəcəklərini deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar