"YOL VERDİYİ CİDDİ NÖQSANLAR VƏ..." - Prezidentin köməkçisi işdən çıxarılan icra başçısından danışdı

Prezident İlham Əliyevin sərəncamına əsasən Gədəbəy rayon İcra Hakimiyyətinin yeni başçısı təyin olunan İbrahim Mustafayev kollektivə təqdim edilib. Unikal.org-un əldə etdiyi məlumata görə, mərasimdə Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev və rayon struktur təşkilatların rəhbərliyi iştirak edib.

İbrahim Mustafayev

Prezidentin köməkçisi ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas hədəflərə nail olmaq üçün rayon icra hakimiyyətinin kollektivinə müvafiq məsləhət və tövsiyyələrini verib. Zeynal Nağdəliyev onu da bildirib ki, keçmiş icra başçısıRamiz Yediyarov işində yol verdiyi ciddi nöqsanlara və sahibkarlığın inkişafına mane olduğu üçün vəzifəsindən azad edilib.

Qeyd edək ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Yediyarov keçmiş vergilər naziri Fazil Məmmədovun yaxın adamı hesab edilirdi.

Ramiz Yediyarov

635x100

Şərhlər

Şəkiliyə 2018-08-30 18:14:57

Nə qədər ki,əhali yatır,səsi çıxmır və göndərdikləri şikayətlər isə bir qayda olaraq Prezident aparatında batır,Şəki o gündə olacaq.Şəkinin əsas 3 uzun prospektlərindən hamısı 3-4 ildr qazılıb,bərbad halda qalıb.Büdcə yeyilir,işə sərf edilmir.Nəzarət orqanları isə sanki ölüb.Nə qədər ki, belədir Ucubov kimiləri Nağdəliyev kimilərinin himayəsi ilə keflərini sürəcək.Onu da unutmaq olmaz ki, hər idarənin rəhbəri həmin idarənin işinə cavabdeh sayılır .

AMİN BABAYEV 2018-08-30 18:14:57

OLCUSUZ .....!

Şəkili 2018-08-30 18:14:57

Şəkinin İHB-ı yaddan çıxıb...............................?

Əliyev Davud - a 2018-08-30 18:14:57

Zeynal Nağdəliyev, shexsen senin “YOL VERDİYİN CİDDİ NÖQSANLARA VƏ…....”, gore, NE VAXT, seni MESULIYYETE CELB EDECEKLER.......??????????? Senin HIMAYEDARLIQIN UCBATINDAN, RUSHVETXOR-KORRUPSIONER, VIZDANSIZ memurlar QUDURUBLAR....!!!

Əliyev Davud 2018-08-30 18:14:57

Yatıb,yatıb altı,on,hıtta 17 il sonra ayılmaq Prezident aparatına yaraşırmı?Misal: icra başçıları,Səlim Müslümov,Fazil Məmmədov,Mahmudov və sairə.Bu nə üsul-idarədir?

CABBAR 2018-08-30 18:14:57

AZƏRBAYCANDA KADR SİYASƏTİ RÜŞVƏT ÜZƏRİNDƏ QURULDUĞUNDAN SƏHVLƏRİN OLMASI LABÜDDÜR.ÇÜNKİ İŞLƏR HESAB ÜZƏRİNDƏ QURULUB.YALNIZ HESABDA CIĞALLIQ ODUQDA İŞDƏN ÇIXARILMA BAŞ VÜERİR.bUNU İSƏ ƏSASLANDIRMAQ ÜÇÜN İSƏ MİLYARDLARLA YEYİNTİLƏR ÜZƏ ÇXARILIR.bURADA ƏN MARAQLISI İSƏ ODUR Kİ,MİLYARDLAROĞURLAYANLAR SƏRBƏST BURAXILIR,AMMA EHTİACDAN MAĞAZADAN PAMPERS.ÇÖRƏK OURLAYANLAR HƏBS OLUNUR.TƏZADLAR ÖLKƏSİDİR.

Abit 2018-08-30 18:14:57

Buraxdığı nöqsanlara göre,adamın eti tökülür,neçe illerdi millet yazır,metbuat yazır görmürdüler indi illrden sonra gördüler.

antiAbu 2018-08-30 18:14:57

Hörmətli Zeynal müəllim! Nə üçün Siz, 7 il ərzində Hacıbala Abutalıbovun qanunsuz əməllərindən bəhs edən 2030 müraciəti araşdırmaq üçün komissiya yaratmaq əvəzinə, bu müraciətləri nəzarətdə saxlamadan Bakı şəhər İcra Hakimiyyətinə göndərmisiniz? Bu işdə Sizin nə marağınız var? Niyə ölkə Prezidentini hörmətdən salırsınız? Niyə şikayətlərə mahiyyəti üzrə baxmağa imkan vermirsiniz? Siz nə vaxt könüllü şəkildə tutduğunuz vəzifədən gedəcəksiniz? Yedigarov kimilərin özbaşınalıqlarına şəraiti Siz yaradırsınız!

EWDER 2018-08-30 18:14:57

SENIDE GONDERDILER XALEDDININ YANINA...KEYF ELEYIN...XERJDEYIN YIQDIQLARIVUZU....SADIQ ESGERLERI

Sual 2018-08-30 18:14:57

YediYarov gedebegi sozun ezl menasinda yedi qurtardi sabiq basciya bu isde yardimci ise hele xalq ehbesinin vaxtinda rayon bankina mudir sonra ise hazirda hebsde ikzn saleh memmedovun emrile rayon maliyesinin mudiri isleyen namiq memmedov oldu. Bu gune kimi rzyon teskilatlRindan budce vesaitlarinin silinmesi emeliyatina mehz namiq memmedov basciluq edir. Zeynal muelim bunu da bilmir...

Sedaqet 2018-08-30 18:14:57

2012 ci ilden 6 il erzinde gorsenmirdi bunun noqsanlari? eyneyin zeif idi Zeynal bey? Gorenmirdin? Heresi 50 il vezifede ishliyir adinida qoyurlar noqsan buraxdi. Muztelif behane getirin amma 6 ilden sonra bele demek ozunuzu gulunc veziyyete qoyursunuz ve cox tessuf ki cenab prezidentin adina cixir bunlarin hamisi .

antiAbu 2018-08-30 18:14:57

Niyə İcra Başçılarından şikayətə baxmaq əvəzinə şikayətçiləri məhkəməyə müraciət etməyə məcbur edilir? Səbəb aydındır! Məhkəmələrin sifariş əsasında çıxardığı qərarlarla İcra Başçılarının qanunsuz əməllərinə qanuni don geyindirilir. Gözəl bilirsiniz ki, şikayətçi ilə İcra Başçısı qanun qarşısında bərabər deyillər. Bir tərəfdə külli miqdarda pul və vəzifə, o biri tərəfdə isə heç nə dayanmır. Hakimlər şikayətçinin hüquqlarını deyil, İcra Başçılarının hüquqlarını müdafiə edirlər.

antiAbu 2018-08-30 18:14:57

Azərbaycan xalqına qarşı cinayyət törətdiyinə görə milli lider Heydər Əliyev və vətənpərvər insanlar Kommunust Pertiyasını tərk etdilər. Bəzi komsomolçular isə hələ də xalqın hüquqlarını tapdalamaqla məşğuldur. ...Başına yığdıqlarından biri, Tağı Tağıyev 89-90-cı illərdə komsomol katibi olduğu müəssisədə ermənilərə qarşı çıxan işçilərə qarşı çıxdığına görə mətbuatda sərt tənqid olunub. Zeynalın sayəsində bu millətə qarşı çıxan, görün necə yüksək bir vəzifəni tutur?

antiAbu 2018-08-30 18:14:57

Hörmətli Zeynal müəllim! "Dövlət qulluğu haqqında" Qanunun hansı maddəsində yazılıb ki, İcra Başçısı, dövlət qulluğunda olduğu müddətdə bir dənə də olsun töhmət almayan, içməyən, çəkməyən dövlət qulluqçusunu, ondan izahat almadan, həmkarlar təşkilatının razılığı olmadan polislərin köməyi ilə iş yerindən küçəyə ata bilər? Bu Qanunun hansı maddəsində yazılıb ki, dəlilik kağızı qəzetdə çap olunan şəxs uzun müddət İcra Başçısı vəzifəsində çalışa bilər?

Son yazılar