Mətbuat xidmətləri əla və yaxşı işləyən hökumət qurumları - ADLAR AÇIQLANIB

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının layihəsi əsasında “Kaspi Geosiyasi” Araşdırmalar Mərkəzi İctimai Birliyinin təşəbbüsü ilə KİV nümayəndələri, Mərkəzi və yerli İcra hakimiyyəti orqanları mətbuat xidmətlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə informasiya əldə etmək hüququ ilə bağlı KİV nümayəndələri və vətəndaşların informasiya sorğusunun cavablandırılmasında mövcud olan problemlər müzakirə olunub, Mərkəzi və yerli İcra hakimiyyəti orqanları saytlarında aparılan monitorinqin nəticələri elan edilib.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azadinform İnformasiya Agentliyinin Baş redaktoru Niyaz Niftiyev “Açıq hökumətin təşviqi - KİV və vətəndaş müraciətlərinə baxılması istiqamətində maarifləndirmənin təşkili” layihəsi çərçivəsində görülən işlərdən danışıb: “İlk növbədə İctimai Birlik və “Azadinform” İnformasiya Agentliyinin əməkdaşlarından ibarət Monitorinq Qrupu yaradılıb. İctimai Birliyin təqdim etdiyi 31 Mərkəzi İcra hakimiyyəti, Bakı şəhərinin 13 və Abşeron rayonu, eyni zamanda 23 kənd rayonun internet resursları monitorinqə cəlb olunub”.

N.Niftiyev bildirib ki, Mərkəzi və yerli İcra hakimiyyəti qurumlarının saytlarının monitorinqi zamanı informasiya bankı yaradılıb: “Vətəndaşlarla görüş, xəbərlərin statistikası və mahiyyəti araşdırılıb. Monitorinqə daxil olan qurumların sosial şəbəkələrdəki hesabları öyrənilib. Mətbuat xidmətləri rəhbərlərindən KİV və vətəndaş müraciətlərini necə araşdırdıqları, sorğulara hansı müddətdə və formada cavab verdikləri öyrənilib. Cavablara uyğun material hazırlanıb və ictimailəşdirilib. Eyni zamanda jurnalistlərin bu barədə fikirləri öyrənilib. Şikayət və müraciətlərini sosial şəbəkələrdə qaldıran insanlarla əlaqə yaradılıb, onların profillərinin real olub-olmadığı dəqiqləşib və danışdırılıblar. Niyə məhz aidiyyatı qurumlara deyil, məhz sosial şəbəkələrə müraciət etmələri öyrənilib”.

N.Niftiyev 31 Mərkəzi İcra hakimiyyətinin internet resursları sırasında 17 qurumun ƏLA xidmət göstərdiklərini bildirib: “Bu qurumların həm internet saytları aktivdir, həm sosial şəbəkə hesabları daimi yenilənir, həm də mətbuat xidməti rəhbərləri görülən işləri müxtəlif vasitələrlə ictimaiyyətə təqdim etməyi bacarırlar. Bu sırada Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Mədəniyyət, Vergilər, İqtisadiyyat nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “Azərişıq” ASC, “Azərsu" ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, “BakuBus” MMC, Dövlət İmtahan Mərkəzi, “ASAN Xidmət”, Təhsil Nazirliyi, “Bakı Metropoliteni” QSC və "Azərenerji" ASC-ni göstərmək olar”.

N.Niftiyev internet saytları aktiv, sosial şəbəkə hesabları az yenilənən, mətbuat xidməti rəhbərlərinin görülən işləri YAXŞI təqdim edən 14 qurumun da monitorinqə daxil edildiyini bildirib: “Bu sırada Xarici İşlər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Təhlükəsizlik Xidməti, Ədliyyə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Gömrük Komitəsi yer alır”.

Bakı və kənd rayonları üzrə Binəqədi, Abşeron, Füzuli, Şəki, Masallı, Qəbələ, Qazax və İsmayıllı rayon İcra Hakimiyyəti saytlarının AKTİV olduğunu bildirən N.Niftiyev monitorinqlərin sentyabr-oktyabr aylarında digər Mərkəzi və yerli İcra hakimiyyətlərinin saytlarının və sosial şəbəkələrdə aktivliyinin monitorinqi üzrə davam etdiriləcəyini vurğulayıb.

Tədbir müzakirələrlə davam edib.

635x100

Şərhlər

Vətəndaş 2018-08-30 21:34:27

Daha hara qaldı ki? Bu da növbəti yalan! Məsələn,XİN-nin mətbuatda dəfələrlə tənqid edidiyi, Qarabağ məsələsinə aid danışıqlarda zəifliyi,tərkibinin təsadüfi, qohumlar, evladlarla doldurulması, işinin zəifliyi,Rabitənin səriştəsiz idarəsi,Cənclər və idman nazirliyində vəsaitlərin xaricdən dəvət edilən idmançılara,lazımsız,perspektivsiz yarışlara dağıdılması, maliyyə nazirliyində maliyyə sabitsiliyi,Ədliyyədə məhkəmələrdə baş verən rüşvətxorluq və sairə hansı yjhvfkkıqdan xəbər verir?

tahir 2018-08-30 21:34:27

ay qardaslar bu arasdirma aparanlarin jurnalistikada yeri sifirdi(0). onlar kimdir ki arasdirma da aparsinlar- sadece gundemde qalmaq ve bezi sexsi islerini hell etmek ucun menasiz islerle mesquldurlar. men siravi jurnakistem- her gun 10=15 informasiya yaziram. yeni men bilerem ki hansi metbuat xidmeti nece isleyir. onlarin yaxsi yazdiqlarinin coxu ise hec jurnalistleri saymirlar. bunlarin hec bir yazisini oxumusunuz-ozlerini as jurnalist hesab edirler. gor jurnalistikada kimler at oynadir- daqil seni ay d

Son yazılar