«Suriyada dinc həyatın bərpası üçün şərait var» - Lavrov

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, bu ölkənin xarici işlər naziri Sergey Lavrov suriyalı həmkarı Valid Müəllimlə Moskvada keçirdiyi görüşün gedişində bəyan edib ki, Suriyada dinc həyatın bərpasına başlamaq üçün bütün şəraitlər var.

Baş diplomat bildirib ki, Müəllim Rusiyanın Baş nazirinin müavini Yuri Borisovla görüşəcək. Onların hər ikisi Rusiya-Suriya hökumətlərarası ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq komissiyasının sədridir.

«Biz, hesab edirik ki, bu görüş çox-çox vaxtında keçirilir. Hələ Suriya ərazisində terrorçuluğun kökünün kəsilməsi üçün bir sıra işlər görülməlidir, amma artıq bu ölkədə dinc həyatın yaradılmasına və qaçqınların qaytarılmasına başlamaq üçün bütün əsaslar var» - deyə, Lavrov bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar