Tramp CNN rəhbərinin vəzifədən uzaqlaşdırılmasına çağırıb

ABŞ prezidenti Donald Tramp CNN telekanalının prezidenti Ceff Zakerin vəzifədən azad edilməsinə çağırıb."Report" xəbər verir ki, D.Tramp bu barədə "Twitter"dəki səhifəsində yazıb.

Onun sözlərinə görə, telekanal auditoriyanın etimadını itirmək istəmirsə, C.Zakerin istefası zəruridir.

"Balaca Ceff Zaker işini bərbad icra edir, reytinqləri çox aşağıdır, AT&T isə etimadı qorumaq üçün onu işdən qovmalıdır", - D.Tramp bildirib.

O, telekanalın ABŞ prezidentinin fəaliyyəti ilə bağlı olan qərəz səbəbindən normal fəaliyyət göstərə bilmədiyini qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar