“SƏHVLƏR OLACAQ, ƏSAS XƏYANƏT OLMASIN...” – Deputat APA-nın bağlanması haqda

"APA-nın bağlanmasına görə çox böyük təəssüf hissi keçirdim. Bu agentlik uzun illər iqtidarın informasiya siyasətinin həyata keçirilməsinə ciddi dəstək verib. İctimaiyyəti, son Mingəçevir və Gəncə hadisələri daxil olmaqla, beynəlxalq aləmdə və regionda baş verən hadisələr haqqında operativ və doğru informasiyalarla təmin edən əsas informasiya agentliklərindən biri APA idi".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev APA-nın bağlanması haqda danışarkən bunları deyib. Deputat Moderator.az-a açıqlamasında daha sonra bildirib:

"APA-da, Vüsalə xanım başda olmaqla, kifayət qədər istedadlı və işgüzar jurnalistlər toplanmışdı. İnanıram ki, onların imkanlarından xalqımızın mənafeyi üçün bundan sonra da istifadə olunacaq. Agentliyin buraxdığı səhvə gəldikdə isə, bizi və kainatı yaradan Allah da nə bizi, nə də kainatı mükəmməl yaratmayıb. İş olan yerdə səhvlər həmişə olacaq, təki xəyanət olmasın. Xeyirlisi Allahdandır".

635x100

Şərhlər

Abit 2018-08-31 11:40:04

Ne sef? Sef niye olmalıdır? Eyer sene prezident etimad gösterirse,

G.M 2018-08-31 11:40:04

Qudrət mallım ..``başına gələn başmaqçı olar``.Xəyanət sözü çoxlarına aiddir.. Əsgi AXC -də bu problem həmişə dəbdə olub.qarbaçov un xeyir duasıyla yaradılmış nə varsa hamısı Xalqlara xəyanətdir.

Tahir 2018-08-31 11:40:04

Allah da nə bizi, nə də kainatı mükəmməl yaratmayıb. Bu adam ne danishir?

--- 2018-08-31 11:40:04

Sədaqətə görə nə qədər qonarar alırsınız. Siyasətdə havayı sadaqət olmur.

NURəddin 2018-08-31 11:40:04

QÜDRƏT MÜILLİM DEMƏK İSTƏYİR Kİ,HƏR CÜR XƏYANƏT OLAR. DÖVLƏTƏ DƏ XƏYANƏT OLAR, MİLLƏTƏ DƏ XƏYANƏT OLAR. TƏKCƏ AĞAYA XƏYANƏT ETMƏYİN.ÖNÜMÜZÜ QƏZƏB, ARXAMIZI NİFRƏT, BAŞIMIZIN ÜSTÜNÜ İSƏ ALLAH KƏSİB.

Küçücük jurnalisт 2018-08-31 11:40:04

Сənab MV, məтbuaт və informasiуada xəуanəт olmur, hər hansı тəsir və уa maraqdan, bəzən тəxribaтçı уalan-uуdurmalar da buraxılır. Azərbaуcanın ən geniş informasıуa məkanını zəbт edən Milli.az porтalında belə əxlaqsız meуllər hədsiz müşahidə olunur...

Kərim 2018-08-31 11:40:04

XƏYANƏTİ TƏYİN OLUNMUŞ DEPUTATLAR VƏ TALANÇI KORRUPSİONER MƏMURLAR VƏ BU MİLLƏTDƏN OLMAYAN BOENNAçalniklər edə bilərlər...

Son yazılar