“Anam gecə saat 3-də məni oyadıb, Adnan Oktarın yanına aparırdı...” 

9 yaşında Adnan Oktarın cinsi istismarına məruz qalan yeniyetmə danışır

Adnan Oktar və təşkilatının üzvlərinə qarşı təşkil edilən əməliyyat sonrası bir çox qalmaqallar gün üzünə çıxır. 9 yaşında Adnan Oktarla tanış olan, 13 yaşında onun cinsi istismarına məruz qalan, bu gün 15 yaşında olan Serra M. İsveçrədən gələrək, Adnan Oktarın villasında yaşadıqlarını polisə danışıb. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Serra M.-in təşkilat haqqında dedikləri qan dondurub. Detallara diqqət edək.

Adnan Oktar qrupuna qarşı keçirilən əməliyyat çərçivəsində zərərçəkən şəxslər prokurorluğa, istintaqa müraciət edərək yaşadıqlarını danışır. Zərərçəkənlərdən biri olan Serra M. aşağıdakıları deyib: “9-10 yaşımda ikən anam Adnan Oktarla ünsiyyətə başladı. Gecə saat 3-də anama zəng edirdilər. Anam məni oyadaraq makiyaj çəkir, paltar geyindirir, onun studiyası olan yerə aparırdı. Anam məni qabağına qoyub, “Sən az danışacaqsan” deyə xəbərdarlıqlar edirdi. “Adnan Oktar nə istəsə, onu edəcəksən, sevgilin olmadığını, atanla görüşmədiyini deyəcəksən, ayağını ayağının üstünə aşıracaq, dik oturacaq, dodaqlarını büzərək danışacaqsan” kimi şeylər dedi.

“Digər kişilərin mənə toxunması yasaqdı”

Çəngəlköydəki hovuzlu evdə Adnan Oktarın mənə hədiyyə aldığı dovşan, ceyran, quş kimi heyvanlar vardı. Bu evdə Coşkun Pamir, Damla Pamir, Bülent Sezgin, Erdem Ertüzün, Uğur Şahin, Sibel Yılmaztürk, Gülşah Güçyetmez, Akın Gözükan, Gökalp Barla, Kartal Göktan, Levent Denizcioğlu və bir çox adam vardı. Yaşca ən kiçik mən idim. Digər kişilərin mənə toxunması qadağan idi. Mən heyvanlarla oynayırdım. Adnan Oktar mənimlə səmimiyyət qurmağa çalışırdı. ‘Qulağıma nə istəyirsən de, pıçılda, “səni istəyirəm” de” kimi sözlər deyirdi. Onu istəyib-istəmədiyimi deməmi istəyirdi”.

“Qızım Mehdi Adnan Oktarla evlənəcək”

“Yaşım balaca olduğu üçün döşlərim hələ çıxmamışdı. Oktar onun yanında dekolteli paltarlar geyinməyimi istədi. Anamdan “artıq Serrayı mənə verdinmi” deyə soruşdu. Anam da verdiyini dedi. Anam İsveçrəyə qayıdanda hamının yanında “Qızım Mehdi Adnan Oktarla evlənəcək” deyirdi. Kanala isə mənim şəkillərimi qoyaraq, “Serra 6 dil bilir, özü də Adnan Oktarın heyranıdır” şəklində reklamlar verirdilər”.

Tətildə belə rahat buraxmayıblar

İstanbul Polis İdarəsinə bağlı olan Maliyyə cinayətləri ilə mübarizə şöbəsinin heyəti tərəfindən çökdürülən cinayət qrupa qarşı aparılan istintaq davam edir. Saxlanılan 108-i qadın olmaq üzrə 193 şübhəlinin ifadələrinə başlanıb və etirafçılar bir-bir ifadə verərək, dəstənin iyrəncliklərindən danışırlar. Oktar dəstəsinin üzvləri hədəfə aldıqları insanları yaxın təqibə alır və o insan yay tətilinə gedəndə belə eyni bölgəyə tətilə gedərək, təqib edib, tanış olma və dəstəyə qatma fəaliyyətlərini davam etdirirdi.

A.Oktar qrupu haqqında aparılan istintaqda qrupun Türkiyə miqyasında 100 min üzvünün olduğu üzə çıxıb.

Musavat.com xəbər verir ki, dünən Türkiyənin Rumeli universitetinin rektoru, professor Saleh Aynuralın istintaqda adı keçdiyi üçün onu vəzifəsindən çıxarıblar. Onun bu qrupa hansı formada dəstək olduğu və bu işin detalları yaxın günlərdə bəlli olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar