Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var

Kürdəmir rayonunda yol qəzası baş verib. "Report'un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 90 MU 151 dövlət qeydiyyat nişanlı "Niva" markalı minik avtomobili 99 BX 363 dövlət qeydiyyat nişanlı MAN markalı yük maşınına çırpılıb. Nəticədə "Niva"nın sürücüsü, Bakı şəhəri, Binəqədi rayon sakini Sadiq Əli oğlu Səlimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar