Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qəbirüstü abidəsi qoyulub

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi Lütfi Zadənin qəbirüstü abidəsi qoyulub. Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirilib ki, abidəni məşhur heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarov hazırlayıb. O, abidənin orijinal və tamamilə fərqli üslubda olduğunu bildirib. Ö.Eldarov deyib: “Qəbirüstü abidədə qapı simvolu var. Mənası odur ki, Lütfi Zadə dünya elminin qapısını açıb. Qapı üzərində elmi əks etdirən rəmzlər də işlənilib. Bu, elmə böyük açılışdır”.

Qeyd edək ki, Lütfi Zadə 2017-ci il sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib. O, vəfatından əvvəl Azərbaycanda dəfn edilməsi ilə bağlı vəsiyyət yazıb. Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək I Fəxri xiyabanda dəfn edilib.

635x100

Şərhlər

Mühəndis B. 2018-08-31 22:46:12

Nadir qalmış тəraş Omər Eldarov sanki, hədsiz "vıraziтelnı"-gurulтulu siуasəтçi abidəsi уaradıb. Sərfəli çıxış уolu: 1.Qəbir üsтünə "Düşünən Alim" barelуefi kifaуəтdir. 2.Bu abidəni isə Kaliforniуada Lüтvü-zadənin çalışdıgı insтiтuтda qomaq dogru olar.

Son yazılar