YENİ BAŞÇI GƏNCƏDƏ "TƏMİZLİYƏ" BAŞLADI - Elmar Vəliyevin xərac yığanını işdən çıxardı
Gəncədə torpaq alverçisi kimi tanınan Məharət Mustafayevin fəaliyyətinin araşdırılması üçün komissiya yaradıldı
Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov İH-də ciddi islahatlar və araşdırmalara başlayıb. Bu barədə müsavat.com-a daxil olan məlumatda bildirilir ki, yeni başçı vətəndaşların ən çox şikayətçi olduğu sahələrə məsul olan qurum və onların rəhbərlərinin fəaliyyəti, əməlləri ilə bağlı ilkin incələmədən sonra müvafiq addımlar atmağa başlayıb.
İlkin olaraq illərdir yerli əhaliyə “qan udduran” Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi, sabiq başçı Elmar Vəliyevin “sağ əli” kimi tanınan Məharət Mustafayev işdən azad edilib. Başçı Niyazi Bayramov Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisinin fəaliyyətinin araşdırılması üçün komissiya yaradılması barədə qərar verib.
Bundan başqa, daha çox şikayət edilən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və onun rəhbərinin də fəaliyyətinin araşdırılmasını komissiyaya tapşırıb.
Məlumatı verən mənbə bildirir ki, Məharət Mustafayev Elmar Vəliyevin “torpaq dəllalı” olub. O, uzun illər ərzində Gəncədə qanunsuz torpaq satışını həyata keçirib, iş adamlarından sənəd bəhanələri ilə xərac toplayıb, bir mülkü müxtəlif saxta sənədlərlə bir neçə şəxsə satıb. O, Gəncədə yüzlərlə vətəndaşa aid mülkə, torpaq sahəsinə faktiki olaraq saxta sənədlər verib.
Mənbə qeyd edir ki, Gəncədə böyük qanunsuzluqlara yol vermiş keçmiş Vəliyevçilər ətrafında aparılan yoxlamalar həbslərlə nəticələnə bilər.
Nəzərə çatdıraq ki, Məharət Mustafayevin adı mediada çoxdan məşhurdur. Onun qanunsuzluqlara yol verməsi, vətəndaşları incitməsi haqda indiyədək onlarla vətəndaşın müraciətləri də mediada dərc olunub.
Qalmaqallı şikayətlərdən biri də Gülnar Günəşliyə məxsus idi. Gəncə Memarlıq və Şəhərsalma İdarəsində sektor müdiri olmuş bu xanım Məharət Mustafayevin ona əxlaqsız təkliflər etdiyini, bununla razılaşmadığı üçün işdən çıxarıldığını, intihara cəhd etdiyini bildirmişdi. Həmin vaxt G.Günəşli M.Mustafayevin çoxsaylı qanunsuzluqlarından da bəhs etmişdi.
Onun şikayəti əsasında cinayət işi başlanıldığı, Məharət Mustafayevin ifadəsinin alındığı da bəlli olmuşdu. Amma sonradan Məharət Mustafayev Elmar Vəliyevin dəstəyini alaraq, “sudan quru çıxmışdı”, hətta G.Günəşliyə də “təkzib bəyanatı” yazdırmağa müvəffəq olmuşdu...
Qeyd edək ki, Elmar Vəliyev 2011-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı təyin olunandan sonra hələ Yevlax rayonunda başçı olduğu vaxt tanıdığı Məharət Mustafayevin Gəncə şəhəri Nizami rayonunun icra başçısı təyin olunmasına nail olmuşdu. Məharət Mustafayev Nizaminin icra başçısı olarkən sadə vətəndaşları təhqir etməklə məşhurlaşmışdı.
Nəhayətdə o, RİH başçısı vəzifəsində çalışarkən Göygöl rayon bələdiyyəsinin sədri ilə torpaq üstündə əlbəyaxa dalaşıb, onu döymüşdü. Həmin vaxt onun barəsində araşdırma aparıldı və icra başçısı vəzifəsindən azad edildi. Lakin Elmar Vəliyev az sonra vazkeçilməz hesab etdiyi bu adamı Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinə rəis təyin etmişdi.
Yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Şərhlər
abbas sehetin bas hekimi qaldi yeni basci onu ne vaxt yola salacaq
Meharet peşqadı. Esas kamunalın reisi eli tutulmalıdı. O daş altında yatan ilandı. Milyonlar yedi o
Çox sadəlövh millətik.
GDU-da Elmar Vəliyevin qoçusu Xəqani Umudov ancaq bədən tərbiyəsi üzrə qiyabi bakalavr təhsili olmasına baxmayaraq professor-müəllim heyyətinin davamiyyətini yoxlayır və bunu həbsxanadakı kimi edir. Elmar Vəliyev haqqında tənqidi şərhlər yazdığıma görə isə 20 gün ərzində məni Facebook şərhləri vasitəsi ilə öldürtməklə hədələmiş və küçə söyüşləri ilə təhqir etmişdi. DİN, DTX, Prokurorluq, TN-nə etdiyim bütün şikayətlərin heç bir köməyi olmadı. GDU-da hələ də Elmarın ...ı at oynadır.
Lütvüzade agilli adam idi.SHeraiti düzgün qiymetlendirmeyi de bacarirdi.Azarbeycinde qebir yerlerinin qiymetinin kelle-meyallaq vurmasindan xeberdariydi.
Sinqapurun sabiq Baş naziri Li Kuan Yu qısa müddət ərzində ölkəsini korrupsiya burulğanından azad etmiş, Sinqapuru liderlər dövlətlərlə bir sıraya çıxarmışdır. Dahi Lütfi Zadənin təbirincə desək İlham Əliyev Li Kuan Yuya bərabər liderdir. Cənab Prezidentə yol göstərmək fikrindən uzağam, sadəcə olaraq arzu edərdim ki, cənab Prezident ətrafına səriştəli, ləyaqətli, ağlı yerində olan, yaltaqlığa meylli olmayan kadrları cəm eləsin. Yaltaqdan, riyakardan heç vaxt etibar gözləməyə dəyməz. Məgər Zeynal Naqdəliyev bilmirdi ki, Gədəbəyin sabiq başçısı nöqsanla işləyirdi? Hazırda bilmir ki, hansı başçı nə işlə məşğuldur? Nə isə .....
Elə bir İcra Hakimiууəтi varmı ki, eуni adlı sekтor-qurumu тorpaq-уer alveri ilə məşgul olmasın? "Dovləтi saтmaq" baş müsтəqillik vəzifəsinə çevrilib. Eуni qurum Azadlıq m.da avтomobil keçidinin уarısını "El&Aу" verməli olub. Axı, meтronun üsтü xanımının sərəncamındadır? Məharəт elə, bir уeri çoxuna saтmaqdadır ki, Akademik məbləgə çaтıb, bir addım da aтasan? Elə həmin sтraтegiуa Gəncə İHB тamamilə уad və iri mərkəzdən.... qazandırıb.
G.M qeyd edir ki, yaxşı ki,köhnə başçı anlaqsızdı. Hörmətli G.M. köhnə başçı indi deyil, o elə işlədiyi dövrdə anlaqsız idi. Sadəcə o anlaşılan deyil ki, bu debilləri cənab Prezidentə hansı ....təqdim edir? Mə
Yenede 7 il sonra? Qeribelikler olkesindeyik. Gulunc .....yatib indi oyandiq? Yaxshi 10 yuxarida oturan yatibsa nolar ki 2 oyaq olsun. Hamisi yatib? Bunlar haqsizliq edende kor idiler? Yoxsa gorub gormemezlik serf edir?
Şəkidə nə vaxt təmizləmə işləri aparılacaqdır.............? Səbirsizliklə gözləyirik o günləri ki, manapoliyanın özbaşnalıqlarına son qoyulsun..............................?
...cox meharetlileri insalah layiqli cezalarini alacaqlar. Gence ele gencelilerin olaraq qalsa da amma bunlardan cetin ki Gencede qalan olsun. ... Hele cox papaqlar bos qalmayacaqmi ya....
Nə oldu, bir zamnanlar bəzi üzdəniraq məmurlar Yelmarı göylərə qaldırırdılar. Onun xalqa olan yaxşı münasibətindən, onlara əl tutmasından, təmizliyindən danışırdılar. Dil boğaza qoymurdular. İndi həmən dil pəhləvanları nə fikirdədirlər. Yenə də Yelmarçiki tərifləyəcəklər?
Size çatdırım ki,təzə başçının adamları yoxdur,bizim şeherde de yox idi,yerlilrden tapmışdı.Kef ehlidir.
Hemin o meharet hemişe YAP-ı aşağılayıb,hakimiyyeti beyenmirdi,konkret olaraq qanunsuzluq edirdi
Həyatda bu məhaqrət kimi...........
MOLODES SENE MEHARET,COX MERAHATLISEN KI,PREZIDENT SENI CIXARDIB,AMMA SEN MEHARETLI CIXIB,BOYUK MERHARET GOSTERMISEN,VELIYEVLERIN QANADININ ALTINA SIQINIB,MEHARETLE INKIWAF ELEMISEN...UWAQDQ MEHARETE BAX,HAMINI ALLADIB.
ALLAH SƏNƏ QURBAN OLUM NƏ YAXŞI Kİ SƏNİN HAQQ-ƏDALƏTİN VAR.YOXSA BU MANQURTLAR DƏRİMİZİ SOYARDILAR. VAXTI ÇATANDA BUNLARIN DƏRSİNİ VERİRSƏN.ŞÜKÜR VARLIĞINA.
Nə fərqi var. Elmarın adamları gedəcək,yei başçı özününkülərini gətirəcək.Əsas məsələ bu deyil.Əsas məsələ Sistemin çürüdüyünü dərk etməkdir.İnsanları dəyişmək yox,üsul-idarə sistemini dəyişmək,rüşvət piramidasını ləğv etmək,məsuliyyət hissini dərk etmək vacibdir. Yoxsa,köhnə hamam,köhnə tas olacaq.Toplananların yerini dəyişməklə cəm dəyişmir.
Bu Meharet hele Yevlaxda olanda camahata qan uddururdu,Elmarin kassasini doldururdu.Gor Elmar ne qeder harinlamisdidi ki,Prezidentin isden cixartdigi bu ... Gencede yeniden vezifeye qoymusdu.Cox sukur indi yediklerini qusarlar.
Yaxşı ki,köhnə başçı anlaqsızdır..yoxsa təzə başçının işləməsinə imkan verməzdi. Ancaq indi,Niyazi məllim Məharətin ``yığdıqlarını`` məharətlə əlindən alıb sonra əl çəkəcək.Vəliyevin anlaqlı vəziyətində bu mümkünsüz idi .Çünki,Elmarın ``Mərkəzdə`` kifayət qədər səlahiyyətli adamları var.
Yaxshi bunlar getdi, bes aldadilmish Gence camamaatnin,ish adamlarinin pulunu kim verecek? Cammat vul verib sened gozleyirdi, bir yer 20 adama satilib, sheherde butun torpaq satishi qaydalara uygun aparilmayib. Cammat qalib quru yurdda. Ne pulu qaytaran var, ne de senedleri veren. Kim komek edecek Gence camaatina?