Şəhriyar Məmmədyarovun yeni reytinqi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün reytinq siyahısını açıqlayıb.

Modern.az xəbər verir ki, qurumun saytında yayılan məlumata görə, avqust ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 3-cü pillədəki yerini qoruyub.

Şahmatçımız reytinqini 19 xal artıraraq 2820-ə yüksəldib. O, birinci pillədəki dünya çempionu Maqnus Karlsendən (Norveç, 2839) 19, Fabiano Karuanadan isə (ABŞ, 2827) cəmi 7 xal geri qalır.

Qeyd edək ki, siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 17-ci (2751), Arkadi Naydiç 28-ci (2721), Rauf Məmmədov 46-cı (2699) pillədə yer alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar