BAKINI DA RUSİYANIN VASSALINA ÇEVİRMƏK CƏHDİ! - KTMT-na üzvlük Azərbaycana nə vəd edir?

Rusiyanın qoltuğu altında olmaq belə rahat və əlverişli idisə, onun rəzil nökərləri niyə Kremlin cazibəsindən qurtulmaq üçün kiçik fürsəti belə əldən vermirlər?

Moskva Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına heç vaxt cəhd etməz!

Nə qədər qəribə olsa da, Azərbyacanın KTMT-na üzv ola bilməsi haqqındakı növbəti fikirlər sıradan bir olay olmadı – nəinki yerli media bunu tirajlamaqda davam edir, hətta Rusiyanın bəzi dairələri bu təklifi az qala rəsmi Bakının məsələ ilə bağlı ilkin razılığı kimi müzakirə edirlər.

Amma ötən dəfələrdə də yazmışdıq ki, Azərbyacanın 125 deputatından birinin (hətta o, komissiya sədri olsa belə!) məsələ ilə bağlı açıqlaması hələ rəsmi Bakının mövqeyi kimi qəbul oluna bilməz və bunun üçün daha yüksək statuslu şəxslərinin mövqeyini bilmək lazımdır.

Fəqət, bir daha deyirik ki, olay tamam epizodik və ötəri hadisə təsiri də bağışlamır, elə bil bununla məsələyə ictimai rəyi bilmək istəyirlər ki, bu da bizi çox təlaşlandırır.

Arqumentlər də dəyişməz qalır. Guya Bakının bu addımı atacağı təqdirdə Kreml siyasətinin əqrəbləri bizə tərəf dönəcək, Dağlıq Qarabağ yenidən Azərbaycana qaytarılacaq. Bunun real bir şey olduğunu qabartmaq üçün isə guya məsələ ilə bağlı İrəvanda xüsusi təlaş yaşandığı və hətta İrəvan rəsmilərinin Azərbaycanın KTMT-na üzv olmasına mane olmaq istədiyi haqda məlumatlar yayılır.

Demirik ki, erməni rəsmiləri bu cür “bəyanat”lar səsləndirməyiblər. Onlar çox şey deyə bilər, amma özünüz düşünün, rəzil İrəvanın buna heç cəsarəti çatarmı?

Üstəlik, Ermənistanın illər ərzində bölgədəki rolu məhz ona yönəlməmişdimi ki, Bakının müstəqillik kursuna əngəl törətsin və onu yenidən Rusiyaya tərəf dreyf etməyə məcbur etsin?

Azərbaycan indi də MDB-nin üzvüdür. 1993-cü ildə Bakı MDB-yə və hətta bir müddət KTM-nə üzv olmaqla bağlı qərar verərkən İrəvan hansısa formada buna mane ola bildimi? Yox, olmadı və ola da bilməzdi – ona görə ki, Kreml dərhal onun “qulağını burardı”.

İndi də belə söhbətləri ortaya atmaqla əslində Kreml strateqləri Ermənistanı xəbərdar etməyə və ya ona “qulaqburması” verməyə cəhd edirlər.

Bunun başqa mənası yoxdur; ona görə də KTMT-yə və AİB-ə üzv olacağı təqdirdə Moskvanın Dağlıq Qarabağı Azərbaycana qaytaracağı haqdakı söhbətlərə isə heç vaxt inanmarıq.

Baxın, Ermənistan kimi rəzil bir nökər belə bu qurumlardan uzaqlaşmağa cəhd edirsə (hələlik xəyali olsa da!), Moskva Dağlıq Qarabağ kimi etibarlı bir “rıçaq” olmadan Rusiyadan faktiki olaraq heç bir asılılığı olmayan Azərbaycanı özünün həndəvərində saxlamağa əmin ola bilərmi?

Məgər Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya, Dnestryanı və eləcə də son illərdəki Ukrayna münaqişələri məhz ona görə yaradılmayıbdırmı ki, Azərbaycanın, Gürcüstanın, Moldovanın və Ukraynanın fərqli istiqamətə yönəlməsinin qarışısı alınsın? Doğrudanmı belə sadə həqiqəti birdəfəlik qəbul etmək bu qədər çətindir?..

Açığı, biz Azərbaycanda KTMT və Avrasiya İqtisadi Birlıiyilə bağlı söz- söhbətin səmimiliyinə heç vaxt inanmamışıq: bu məsələdə nə idarə edən kəsim, nə də idarə olunan cəmiyyət səmimi deyil.

İdarə edən kəsim Kremlə yaxınlığı özü üçün daha təhlükəsiz bir siyasət və hətta zəmanət hesab edir. Cəmiyyətimizin də mərəzi başqadır. On illərlə vaxt keçsə də hələ də çoxu sovet keçmişini unuda bilmir, üstəlik, AİB-lə, Gömrük İttifaqı ilə bağlı nağıllar da onları şirnikləndirir. Bəli, üzdə guya ki, hamı Qarabağ hayındadır, amma dərinə gedəndə görürsən ki, motivlər tamam başqadır.

Bəzən belə deyirlər ki, guya KTMT və AİB üzvü olan ölkələrin suverenliyinə heç bir problem yaranmayıb. Amma bu da nağıldır. Məgər biz özümüz daim İrəvana Rusiyanın nökəri olduğuna görə lağ etmirikmi? Daim Ermənistandan fərqli olaraq Azərbaycanın müstəqil bir dövlət olması ilə öyünmürükmü?

Biz bunu əsaslandıra da bilərik ki, KTMT və AİB üzvü olan ölklərin böyük hesabla heç bir suverenliyi yoxdur, onlar nəinki böyük məsələləri və hətta daxili vəzifə təyinatlarını belə Kremllə razılaşdırırlar.

Bu dövlətlərin bir məsələdə “müstəqilliyi” var: öz cəmiyyətlərilə istədikləri kimi davranmaq və ölkədə özlərinə sərf edən feodal üsul-idarəsi bərqərar etmək.

Bircə anlığa həmin ölkələri gözünüz önünə gətirin: hətta perspektivdə belə bu ölkələrdə normal bir siyasi sistemin bərqərar olması inandırıcı və yaxud da real görünürmü?

Ermənistandakı vəziyyətdən asılı olaraq Kreml strateqləri bizə çox şirnikləndirici bəyanatlar eşitdirəcəklər. Amma gəlin sadəlövh olmayaq və bir suala cavab verək: Rusiyanın qoltuğu altında olmaq belə rahat və əlverişli idisə, onun rəzil nökərləri niyə Kremlin cazibəsindən qurtulmaq üçün kiçik fürsəti belə əldən vermirlər?..

Hüseynbala Səlimov(musavat.com)

635x100

Şərhlər

Taleh 2018-09-01 11:56:04

KTMT-ə Azərbaycanı qatmaqda Rusiyanın məqsədi 5 rayonu qaytarmaqla Dağlıq Qarabağ problemini istədiyi formada həll etməkdir. Məqsəd sülhməramlı qüvvələri Laçın da daxil olmaqla DQR ətrafında yerləşdirib orada yaşayan ermənilərin sərbəst şəkildə həm Ermənistan, həm də xarici ölkələrlə dövlət statuslu münasibətlər qurmasını təmin etməkdir. 5 rayonun bərpası isə Azərbaycanın işidir. Azərbaycanın isə təcavüzə məruz qaldığına görə beynəlxalq qurumlarda iddia qaldırmasına hüquqi əsas olmayacaq. Bu, “Arkadi Volskiy” layihəsidir.

o.b.n 2018-09-01 11:56:04

Azərbayccan Beynlxalq buloklara qoşulma hərəkətinin 114 üzvündən biridir və qonşu Kazakstsandan,Türkmənstandan,İrandan,Türkiyədən,Gürcüstandan heç bir ərazi idası,hər hansı təhlükə yoxdur.İşğal oyuncaq hayıstandandır ki,onada sahibi RF-sıdır.SSSR-nı idarə edə bilməyən əhalinin təlabatını hətta talonla ödəyə bilməyən Kremil sistemi dəyişmə məqsədilə millətlər arası qırğın yaratdı necəki,1905-1960-1988-də.kim zəmanət verə bilərki bu vəhşi Kapitalizimdən normal Kapitalizmə keçidə milli qırğınllar olmayacaq.

R-n 2018-09-01 11:56:04

.....digalar ise Rusiyani sokurler,her sahede.Cunki Ermenistani ermeniler idare edir......

patriot 2018-09-01 11:56:04

Ğuya oldu üzv ya yox nə fərqi var nəsə dəyişəcəkmi yox

AbbasQulu Bakıxanov 2018-09-01 11:56:04

Bu heç də уeni xəbər dəуil! Bakıуa liderlər gondərmiş RF LDP Sədri elə o vaxтdan Azərbaуcanı Kremlin ən sadiq əуaləт quberniуası saуır.

Əsəd 2018-09-01 11:56:04

KTMT və AİB üzv olmaq yaxşı işdirsə Rusyaya ilə iki dövlət bir millət olan qoy Ukrayna dövləti üzv olsun. Rusun ayağı dəyən yerdə ot bitmir. Onun gözündən gəlsin Bakı nefti, hansı ki almanlar üzərində qələbə çaldı və bizi də erməninin ayağına verdi... Əlacımız özümüzdə və türk birliyindədir.

Heyder 2018-09-01 11:56:04

Millet lap düz yazıb. elave şerhe ehtiyac yoxdu.

Millet 2018-09-01 11:56:04

Zaten ele bu hakimyet rusyanın yeni putinin kadrlarıdırki deyiše bilmirik

t.ədalət 2018-09-01 11:56:04

Dağlıq Qarabağın ərazilərini işğal edən Rusiyadır.Rusiya heç vaxt onu qaytarmaz.Beş rayonu qaytarmaq üçün mütləq KTMT-yə daxil olmaq lazımdır?Əslində Rusiyanın bütün oyunlarının bir məqsədi var,o da keçmiş imperiyanın sərhədlərini yenidən bərpa etmək!Bu çox gülünc iddiadır.Azərbaycanın KTMT-yə daxil olması Kırım kimi ilhaq olunmaqdır.Buna görə Azərbaycanın başı ağrıyacaq.Rusiya DQ-də məhv edə bilmədiyi əsgərlərimizi də indi x.ölkələrə aparıb öldürəcək.

TARİX 2018-09-01 11:56:04

RUSİYA HƏMİŞƏ AZƏRBAYCANA XƏYANƏT EDİB.TORPAĞIMIZDA ERMƏNİ DÖVLƏTİ YARADIB,QARABAĞI İŞĞAL EDİB ERMƏNİLƏRƏ VERİB,366-CI RUS POLKU ERMƏNİLƏRLƏ BİRLİKDƏ QARABAĞDA, XOCALIDA XALQIMIZA QARŞI SOYQİRIM TÖRƏDİB.RUSLAR 20 YANVARDA GÜNHAHSIZ ƏHALİNİ GÜLLƏBARAN EDİB VƏ S.SAYMAQLA QURTARMAZ.ERMƏNİLƏRƏ MİLYARDLARLA DOLLARLIQ MÜFTƏ SİLAHI KİM VERİB.QARABAĞ 1998-Cİ İLDƏ HƏL OLUNURDU KİM QOYMADI,ERMƏNİ PARLAMENTİNİ KİM GÜLLƏLƏDİ.DÜŞÜNÜN CƏNABLAR DÜŞÜNÜN...

azər 2018-09-01 11:56:04

kimsə sənin evinin və həyətinin bir hissəsini zorla zəbt edir sonrasa da deyir ki onun qaytarmam üçün özün də mən nökər - kölə olmalısan.

Son yazılar