Bu rayonlar qazsız qalacaq

qaz_9_420x250Fasilələrin yaranması təmir işlərinin aparılması ilə əlaqədardır

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 13:00-dək Sabunçu və Nərimanov, saat 14:00-dək Abşeron, saat 18:00-dək İmişli, saat 19:00-dək Sabirabad, işlər başa çatanadək isə Ağdaş rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması qaz nəqli sistemində və qaz şəbəkəsində təmir işlərinin aparılması, qaz xəttinin mənbəyə birləşdirilməsi, siyirtmənin quraşdırılması və kranların dəyişdirilməsi ilə əlaqədardır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar