"Azərsu" ASC-nin kredit borcları 238,805 milyon təşkil edib

Bu il yanvarın 1-nə "Azərsu" ASC-nin kredit borcları 238,805 mln. manat təşkil edib."Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 43,4% və yaxud 1,8 dəfə azdır.

Səhmdar cəmiyyətinin kredit borclarının 167,268 mln. manatını və yaxud 70%-ni 4 beynəlxalq və xarici maliyyə qurumundan - Dünya Bankı (WB), Asiya İnkişaf Bankı (ADB), Almaniyanın "KfW" və Fransanın "Natixis" banklarından alınmış kreditlər təşkil edib. 2017-ci ildə bu tipli borclar 0,1% azalıb. Qeyd edək ki, həmin kreditlərin illik faiz dərəcəsi müvafiq olaraq 0,75%, 2,5%, 0,75% və 2,45%-dir.

Əvəzində "Azərsu" ötən il Maliyyə Nazirliyinə olan borcunu 83,5% artıraraq 71,466 mln. manata çatdırıb. Qeyd edək ki, nazirlik borcu Azərbaycan manatı və ABŞ dollarında, faizsiz ayırıb.

Qurum "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən aldığı borcu isə demək olar ki, qaytararaq 215,556 mln. manatdan 71 min manata endirib. Xatırladaq ki, Bank səhmdar cəmiyyətinə borcu illik 1%-lə, 2025-ci ilin iyul ayına qədər qaytarmaq şərti ilə verib. Göründüyü kimi, ABB-nin krediti 7 il tez qaytarılıb.

635x100

Şərhlər

Vekil 2018-09-01 21:11:33

Azerbaycanda bu teskilat qeder korrupsiyalasmisi yoxdur! Bucenin qenimi insanlarin cibinin qenimi mes bu teskilatdir! Orada isleyenkerin demek olar hamisi ogrluq ve rusvetle dolanir ayirmalar ise 100 milyonlarla dovlet arada kohne borclarida silir lakin darasiblar bucce ve insanlarin cibine orada departament mudurleri var he naziri saya sslmirlar o qeder harinlayiblar korrupsiya bax orada her addimda var derinde ve vicdanla yoxlanilsa 1000 e yaxin insan hebse atilar! Rayonlarda su cekmek adi altinda yollari berbad etdilet...

Son yazılar