Su-kanalizasiya xidmətinin qiyməti artırılacaq? - "Qiymətlər maya dəyərindən 2 dəfə aşağıdır"

 "Azərsu" ASC aktiv şəkildə yeni su kəmərlərinin və kanalizasiya sistemlərinin tikintisi sahəsində investisiya fəaliyyəti ilə məşğuldur, müntəzəm olaraq dövlətdən maddi yardım alır."Report" xəbər verir ki, bu barədə qurumun 2017-ci ilin yekunlarına dair maliyyə hesabatında qeyd olunub.

Sənəddə həmçinin deyilir ki, səhmdar cəmiyyətinin əməliyyat zərərləri, əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və dövriyyə vəsaitlərində çatışmazlıq olub. Buna əsas səbəb Tarif (Qiymət) Şurasının müəyyən etdiyi tariflərin su-kanalizasiya xidmətlərinin maya dəyərindən aşağı olmasıdır.

Maliyyə Nazirliyinin apardığı 2017-ci il üçün gəlirlər və xərclər smetasının illik icrası üzrə monitorinqin nəticələrinə əsasən, 1 m3 su-kanalizasiya xidmətinin maya dəyəri 1,17 manat təşkil edir. "Azərsu"nun 2017-ci il üzrə müvafiq qanunvericiliyə uyğun hazırlanmış hesabatlarında 1 m3 su-kanalizasiya xidmətinin maya dəyəri 1,41 manat, orta satış qiyməti isə 0,74 manat olub. Hesabat ilində 1 m3 su-kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətindən 2 dəfəyə yaxın çox olub.

Rəhbərlik gələcəkdə pul vəsaitlərinin axınını təmin etmək məqsədilə yeni infrastruktur layihələrinin tikintisi, həmçinin, mövcud qurğuların təmiri ilə bağlı Master Plan işləyib hazırlayıb. Bu abunəçilərin sayını artırmaq, debitor borcları toplamaq, satış üzrə zərərləri azaltmağa imkan yaradacaq. Bundan əlavə, 13 may 2016-cı il tarixində Tarif (Qiymət) Şurası su-kanalizasiya xidmətləri üzrə müştərilərə tətbiq edilən satış tariflərinin artımını təsdiq edib. Bu yeni tariflər 16 may 2016-cı il tarixindən qüvvəyə minib. Nəticədə, hazırda tikilməkdə olan əsas layihələrin başa çatmasından sonra "Azərsu"nun maliyyə vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaq. Qurum fəaliyyətini davam etdirmək və cari investisiya layihələrini başa çatdırmaq üçün dövlət maliyyələşmələrindən asılı vəziyyətdə qalmaqdadır.

635x100

Şərhlər

Veteran 2018-09-01 21:17:19

Bu da metro sohbetine dondu lap. Indi Azersu rusiyadan gurcustandan qasaxstandan sitat getirecek. Filan yerde su bu qiymetdedir bizden iki defe bahadir. Bir defe de komunal xidmetleri pulsuz olan neft olkeleri ile muqaise edin de bizi

Т. Сафарли 2018-09-01 21:17:19

...халгы соймаг учун даха нелер фикирлеширлер горесен. Б....

Asəf 2018-09-01 21:17:19

"Azərsu" xalqı soyan-talayan, dövləti gözdən salan ən çox korrupsiyalaşmış qurumdur. İndi də növbəti qiymət artımına hazırlaşır. Qiyməylər artsa, artıq xalq etiraz edəcək.Buna əmin olun! Onsuz da mövcud qiymətlərlə bu oğru-quldur məmurlar əhalini talamaqdadır. Doymadınızmı? Haramınız olsun!

Şəkili 2018-09-01 21:17:19

Suyun və kanalizasiya xidmətlərinin pulu artırılmalıdır,çünki Şəki Su İdarəsinin müdiri Bayramın pulu azalıbdır....Bir neçə obyektə gözü düşdüyündən onları almaq fikrindədir.. bu səbəbli xidmət pulları artırılmalıdır vəsalam.. Bayrama pul lazımdır..?

t.ədalət 2018-09-01 21:17:19

Su və çirkab suların axıdılması üçün alınan pul çox bahadır.Əvvəla,suyun duruldulması və zərərsizləşdirilməsi üçün dünya standartlarına uyğun olaraq reagit yox,adi xlordan istifadə olunur.İkincisi,çəkilən boru xətləri adi sintetik xammaldandır.Dünya standartına görə içməli su boruları keramik və ya şüşəyə bənzər keyfiyyətli təbii materiallardan hazırlanmalıdır.Mənzillərə verilən suyun tərkibi heç də normaya uyğun deyil.Su çox coddur.Bunu yuyunma zamanı sabunun yaxşı köpüklənməməsindən də hiss etmək olur.

Abit 2018-09-01 21:17:19

Allah heç xeyir vermesin

Mirzə AĞ 2018-09-01 21:17:19

Bəs, maya dəyər nə üçün yüksəkdir, cənablar?! Səbəbini aramaq lazımdır...

Adil 2018-09-01 21:17:19

Suyun qiymeti niye qalxsın ki? Yeni Güneşlide AzerSu Prezidenti Qorxmaz Hüseynov özü üçün smeta deyeri 16 000 000 manat olan sauna kompleksi tikdirib. Yoxsa bezi rehberler bundan da melumatsızdırlar? Satdırın qoyun büdceye ve problem hell olsun

Son yazılar