Tehran və Bağdad ticarət əlaqələrində dollardan imtina edib

Tehran və Bağdad iki ölkə arasındakı ticarət əlaqələrində dollardan imtina edib.Axar.az xəbər verir ki, bu barədə məlumatı İran-İraq Ticarət Palatasının sədri Yəhya İsaq deyib.

O bildirib ki, iki ölkənin ticarət əlaqələrində avro, rial və dinardan istifadə edilir:"İranın İraqa qeyri-neft satışından başqa ixracı 8 milyard dollardır. Buna baxmayaraq, banklar arasındakı pul transferi olduqca aşağı səviyyədədir. Banklarla bağlı problemlərin həll olunması İranın əsas iqtisadi vəzifəsidir. İki ölkə arasında ortaq bank yaradılması bu problemləri aradan qaldırar".

Yayha İsaq İranın məhsul ixrac etdiyi ölkələrin başında Çinin durduğunu bildirərək, İraqın bu prosesi izlədiyini vurğulayıb:"İrandan Çinə ixracat prosesinin əhəmiyyətli bir hissəsini neft və neft-kimya məhsulları təşkil edir. İraqa isə tomatdan tikinti materiallarına qədər, müxtəlif məhsullar ixrac edilir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar