Avropa yay-qış vaxtına keçiddən imtina edir

Avropa İttifaqı ölkələrində yay-qış vaxtına keçidin ləğvi planlaşdırılır. Bu barədə qurumun nəqliyyat üzrə komissarı Violeta Bulk sosial şəbəkə hesabında anons edib.

Qış vaxtına keçidin ləğv olunması ideyasının kökündə isə Avropa İttifaqı ölkələrində aparılan sorğunun nəticələri dayanır. 4,6 milyon avropalının iştirak etdiyi sorğuda böyük əksəriyyət (84%) vaxt keçidinin ləğv olunmasına tərəf çıxıb.

Avropa Komissiyasının prezidenti Jan Klod Yunker bildirib ki, əgər insanlar bunu tələb edirlərsə, o zaman bu tələb icra edilməlidir.

Növbəti hüquqi addım kimi məsələyə Avropa Parlamenti tərəfindən müsbət qərar verilməli, eyni zamanda üzv dövlətlə saat keçidinin ləğv edilməsinə razılıq bildirməlidirlər.

Yay-qış vaxtlarına keçid dünyanın bir çox ölkəsində tətbiq olunmağa başlayıb. Lakin müasir dövrdə vaxtı bir saat irəli və ya geri çəkməklə enerjiyə qənaət olunması ətrafında mübahisələr gedir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar