Bakıda növbəti "avtobus avtoşluğu" - Video

Bakıda səkinin üstündən paralel yola keçmək istəyən sərnişin avtobusu çıxılmaz vəziyyətə düşüb.

APA TV xəbər verir ki, hadisə Bakının ən böyük prospekti olan Heydər Əliyev prospektində baş verib. 207 saylı xətt üzrə hərəkət edən iritututmlu avtobus tıxaca düşməmək üçün maneənin üstündən keçərək paralel yola keçmək istəyib.

Binə ticarət mərkəzi - 8-ci kilometr arasında sərnişin daşıyan avtobus həmin vaxt sərnişinlə dolu olub. Buna baxmayaraq, sürücü avtomobillə səkini keçməyə cəhd edib. Amma onun cəhdu uğursuz alınıb və avtobusun yarısı səkinin bir tərəfində, yarısı isə digər tərəfində qalıb. Nəticədə hər iki yolda avtomobillərin hərəkətinə ciddi maneə yaranıb

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar