Azərbaycanlı oliqarxın Bakıdakı binası sökülür - Foto

Rusiyada yaşayan azərbaycanlı oliqarx İskəndər Xəlilovun Bakıda Nərimanov rayonu Təbriz küçəsi, məhəllə 841-842, 5 b saylı ünvanda tikilməkdə olan binası söküləcək

İnterpress.az-a daxil olan məlumata görə, təsisçilərindən biri İ.Xəlilovun qardaşı Cavanşir olan “Sweethouse” MMC-nin tikdiyi bina ilə bağlı qalmaqallı vəziyyət yaranıb.

Belə ki, binanın tikintisi üçün Bakı Şəhəri İcra Hakimiyyətinin müvafiq icazəsi olmayıb. Ancaq buna baxmayaraq 200-ə yaxın şəxsdən tikilməkdə olan binada mənzil satışı üçün pul alınıb. Məlumata görə, C.Xəlilov binada mənzil sahibi olmaq istəyən şəxslərlə görüşündə binanın icazəsiz tikildiyini və satışdan əldə edilən gəlirin ona və qardaşına aidiyyatının olmadığını bildirib. Lakin əvvəllər tikilməkdə olan binada mənzillərin satışı zamanı alıcılara binanın 2012-ci ilin dekabrında təhvil veriləcəyi və İskəndər Xəlilovun sözünün zəmanət olduğu bildirilib.

Ötən müddət ərzində bina ancaq 3 mərtəbəyə qədər tikildiyinə görə alıcılar arasında narazılıq yaranıb. Hətta alıcılardan biri Məmməd Əkbərov Yasamal rayon Məhkəməsində “Sweethouse” MMC –yə qarşı iddia qaldırıb. Məlumata görə binanın tikildiyi ərazi Nazirlər Kabinetinə məxsusdur və orada dövlət əhəmiyyətli obyektlərin tikintisi nəzərdə tutulur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar