ABŞ Şimali Koreyaya səfər qadağasını uzadıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti (DD) Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfər qadağasının müddətini daha bir il uzadıb. Məhdudiyyət 2017-ci ilin sentyabrında qüvvəyə minmişdi.

Qadağanın müddəti 31 avqust 2018-ci il tarixində başa çatmalı idi, amma ABŞ-ın dövlət katibi Mayk Pompeo onun daha bir il (31 avqust 2019 ilə qədər) qüvvədə saxlanması barədə qərar verib.

Dövlət Departamenti mətbuat xidmətinin verdiyi məlumata görə, bu idarənin xüsusi icazəsi olmadan, KXDR-a səfər etmək olmaz. Buna səbəb kimi, ABŞ vətəndaşlarının KXDR ərazisində saxlana bilməsi təhlükəsi irəli sürülür.

«DD bu qərara gəlib ki, ABŞ vətəndaşları üçün həbs və uzunmüddətli nəzarət altında saxlanma üçün ciddi risk qalmaqdadır. Bu da onlara birbaşa fiziki təhlükə təhdidi deməkdir» - deyə, saytda bildirilir.

Qeyd olunur ki, müddəti başa çatdıqdan sonra, qadağa dövlət katibinin qərarı əsasında yenidən üzadıla bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar