Ərdoğandan Qırğızıstana FETÖ xəbərdarlığı - "Bunlar xaindir"

Qırğızıstanla münasibətlərimizi, xüsusən FETÖ kölgəsindən qurtararaq, qarşıdakı dövrlərdə daha da inkişaf etdirməyə qərarlıyıq.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdəki Manas Universitetində qatıldığı fəxri doktorluq mərasimində çıxışı zamanı deyib.

“Bunlar xain terror qruplaşmasıdır. Siz bizim qardaşımızsınız. 15 iyulda bizdə çevrilişə cəhd edənlər, Allah göstərməsin, sabah burada da eyni şeyi edə bilərlər. Bunlar xaindir, bunlar alçaqdır. Bu baxımdan qardaşlarımıza xəbərdarlıq edirik: amandır, diqqətli olun”, - deyə Ərdoğan vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar