ELDAR ƏZİZOV BAKIDA "TƏMİZLİYİ" DAVAM ETDİRİR - Bu tikililər söküləcək + FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən başlanan söküntü işlərinin davamı olaraq Xətai rayonunun Məhəmməd Hadi küçəsində, metronun "Əhmədli” və "Həzi Aslanov” stansiyalarının yaxınlıqlarında yaşıllıqların olduğu 4 ədəd torpaq sahəsinin hasarları sökülüb və ərazi təmizlənib. BŞİH-dən verilən məlumata görə, meriyada təşkil olunmuş komissiya tərəfindən bu ərazilərdə tikilən bir sira müxtəlif təyinatlı obyektlərin sənədləri araşdırılır.

Araşdırmalar nəticəsində müəyyən olunan pozuntuların aradan qaldırılması və lazım gələrsə tikililərin sökülməsi üçün müvafiq qaydada məhkəməyə müraciət olunacaq.

BŞİH bildirir ki, əsas məqsəd paytaxtın daha da gözəlləşdirilməsi, sakinlərin sosial şəraitinin yaxşılaşdırılması, vətəndaşların istirahətinin səmərəli təşkili, onları narahat edən amillərin aradan qaldırılması olan bu tədbirlər paytaxtın digər rayonlarında da davam etdirilir.

Qeyd edək ki, paytaxt meriyası tərəfindən şəhərin rayonlarında ayrı-ayrı sahibkarlar, vətəndaşlar, bəzi iş adamları tərəfindən səkilərin və hərəkət yollarının üzərində, yaşayış binalarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, məhəllələrdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş yerlərin, keçid meydançalarının qeyri-qanuni olaraq zəbt olunmaqla burada inşa olunmuş müxtəlif təyinatlı tikili və obyektlərin sökülməsi, zəbt olunmuş torpaq sahələrinin, yaşıllıqların hasarlarının sökülərək ərazilərin təmizlənməsi, obyektlərin qarşısına yığılmış malların, səyyar reklam şitlərinin yığışdırılması, binaların fasadlarının estetik ğörünüşünə xələl gətirən paltar ipləri və xarıcı dildə yazılan yöndəmsiz reklamların çıxarılması ilə bağlı işlər aparılır.

"AzPolitika.info" qeyd edir ki, Bakıda söküntülərə Eldar Əzizov BŞİH-ə müavin gətirildikdən sonra başlanıb. Ancaq bunun E. Əzizovun öz təşəbbüsü olması inandırıcı deyil. Görünür, Göncədə və Sumqayıtda söküntü işlərində böyük təcrübə qazanmış Eldar Əzizova Bakını da arzuolunmaz tikililərdən təmizləmək tapşırılıb. Ona görə də hətta Hacıbala Abutalıbovun sərəncamları belə qanunsuz hesab edilə bilir. Hansı ki, bu sərəncamlarla bütün şəhər qarış-qarış satılıb...

635x100

Şərhlər

TƏMİZ 2018-09-03 10:45:43

ELDAR MÜƏLLİM SİZƏ CƏTİN İŞİNİZDƏ MÜVƏFFƏQİYYƏTLƏR ARZULAYIRAM.15- İLƏ YAXINDIR Kİ,DÖVLƏT ƏHƏMİYYƏTLİ RABİTƏ XƏTLƏRİNİN ÜSTÜNDƏ QEYRİ QANUNİ YÜZLƏRLƏ OBYEKTLƏR TİKİLİB Kİ,ÖLKƏMİZİN İNFORMASİYA TƏHLÜKƏSİZLİYİNƏ BÖYÜK TƏHLÜKƏ YARADIR.ƏN DƏHIƏTLİ VƏZİYYƏT KOROĞLU-HƏZİ ASLANOV METRO STANSİYALARI ARASINDADIR.

antiAbu 2018-09-03 10:45:43

"Azneft" meydanında "qəbir"ə oxşayan musiqili fontanın tikintisinə külli miqdarda vəsait xərclənib. Hacıbala Abutalıbov bu fontanın tikintisindən yaxşı pullar mənimsəyib. Fontan tikintisində radiaktivliyi normadan yuxarı və buna görə də qiyməti ucuz olan qranitdən istifadə olunub. Bu qranitin və istifadə olunmuş materialların qiymətləri hədsiz dərəcədə şişirdilib. Bakının arxitekturasına uyğun gəlməyən bu fontan sökülüb-atılsa da fontana sərf edilmiş maliyyə vəsaitini Hacıbala dövlətə qaytarmaq istəmir.

Yasar 2018-09-03 10:45:43

Xetai rayon ihb razim memmedovdu o ne herliyir eldari

Arif Əliyev. 2018-09-03 10:45:43

Bakının Nizami rayonuna dəyməz necə olsada bu rayonda işləyib.

antiAbu 2018-09-03 10:45:43

Eldar Əzizov, Bakı şəhər İcra hakimiyyətindən Memarlıq və Şəhərsalma Baş İdarəsinin baş maklerlərinin-Qəbul otağının müdiri 69 yaşlı Tahir Məsimovun, Hüquq Şöbəsinin müdiri, Sani Nəsibovun, uzun illər Hacıbalanın ... Namiq Məmmədovun fəaliyyətlərini araşdırtdırıb,yoxlamanın nəticələrini Azərbaycan Respublikasının Baş Prokuroruna göndərtməlidir. İki hasar sökməklə Bakı təmizlənmir! Bakının təmizlənməsi üçün, onu idarəetmə orqanı, rüşvətxorlardan təmizlənməlidir!

iqtisadçı 2018-09-03 10:45:43

Bu necə ola bilər ki, şəhərin ortasında sahə hasarlanır,ağaclar kökündən çıxarılır,tikinti kedir,kran montaj edilir,bu qeyri-qanuni baş verir.Bu mümkündürmü? Əsla yox!Adam öz bağlı həyətində tualet tikə bilmədiyi bir zamanda bu necə baş verir? Bax,elə oradan başlamaq doğru olar.Bu qədər nəzarət orqanları,JEK-lər,sahə müvəkkilləri,əhalinin narazılıqlarına diqqətsizlik nəyin nticəsidir? Qərar verən kənarda saxlanılır.qərara istinad edib iş görənməsrəf edən zərərə uğrayır.Bu necə və hansı qanunla tənzimlənir?

G.M 2018-09-03 10:45:43

Bax burda Eldar mallıma ``5`` verdim.H.Abutalıbov Bakını ``Çadır Marketlərdən`` təmizləmişdi..Eldar məllim də Bakını Hacıbalanın ``zir-zibilindən`` təmizləmə yolunu tutub.Kaş ki,bu böyük zibillikləri,bir müddətdən sonra tamahlanıb yeni ``zibilxanalara`` çevirməyələr.Xalqlar Dostluğu metrosundan Neftçilərə doğru yolun sağı və solu da son dövrlərdə tikilmiş Zibilxanadır

Son yazılar