İrana casusluq edənlər cəzalandırıldı - Ömürlük həbs

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Vəliyev Hafiz Ramiz oğlu və Ağamirov Ağamir Novruz oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki şəxs ömürlük olaraq azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.

Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. /APA

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar