Günün rəzaləti: 8 şəhid və 8 telekanalda şıdırğı konsert...
Baxiş sayı:
Dərc olunub:
01/08/2014 - 12:55
Bilənlər bilir, bu səhər qara xəbərlə açılıb. Ermənilərlə təmas xəttində milli ordumuz 8 (bəzi məlumatlara görə 11) şəhid verib. Gənc insanlar bizi, torpağımızı qoruyarkən həlak olublar.
Telekanallar bu barədə xəbər yaymaq əvəzinə proqramlarına heç bir dəyişiklik etməyiblər. Hamısında ənənəvi əyləncə xarakterli musiqili verilişlər gedir. Şou-biznes adamları studiyalarda ya şit-şit, hırıltılı, qəhqəhəli söhbətlər edir, ya da qol götürüb oynayırlar.
Başqa vaxt "vətən, torpaq, xalq, millət" deyə-deyə camaatın başını yarırlar. Bu nə davranışdır, bu nə hərəkətdir. Siz bu millətdən deyilmisiniz? Bizə görə canını fəda edən gənc insanların acısına üzülməyiniz başınıza dəysin, heç olmasa, bir az susun.
Allah bilir, bəlkə də onların bu hadisədən xəbərləri belə yoxdur. Belədirsə də çox pis. Ar olsun! /musavat.com
Son yazılar
11:17
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.