Moskvada bazar yandı: 1 azərbaycanlı öldü

Moskvanın şimalında, Kronştadski bulvarındakı “Vodnoqo” ticarət kompleksində bu gün səhər saat 4 radələrində yanğın baş verib.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, alov sürətlə digər ticarət obyektini də bürüyüb. Nəticədə bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Hadisə zərazmanı bir kafenin də tamamilə yandığı bildirilir.

Digər məlumata görə, yanğın zamanı partlayış da baş verib və ölənlərin sayı iki nəfərdir. Onlardan birinin 37 yaşlı Rauf X. olduğu artıq müəyyənləşib. Həmin şəxsin azərbaycanlı olduğu ehtimal olunur. Yanan digər şəxs isə qadındır, onun şəxsiyyəti hələliki dəqiqləşdirilməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar