ARALIQ DƏNİZİ UĞRUNDA YENİ QLOBAL MÜHARİBƏ - Hələ də fundamental rol oynayan dəniz

Uzun müddət ərzində digər dənizlərlə müqayisədə az qala ikinci dərəcəli hesab olunan Aralıq dənizi son dövrlər daha strateji rol oynamağa başlayıb.

Hamı az da olsa Aralıq dənizinə çıxış əldə etmək və ya bu dənizin sahillərində öz hərbi-dəniz bazasını qurmaq istəyir. Bir-birlərinə meydan oxuyan dövlətlər isə nəinki Aralıq dənizinə çıxış əldə etmək, həm də bu ərazilərdə itirdiklərini geri almaq istəyirlər. Bu tarixi anda Aralıq dənizi yenidən iki böyük dövlət - Rusiya və ABŞ üçün mühüm strateji əraziyə dönüşüb.

Maraqlıdır ki, Çin də tədricən buraya doğru yönəlmək istəyir. Eyni zamanda Aralıq dənizinin şərq hissəsində təsir imkanları uğrunda İsrail və Türkiyənin də digər regional dəniz dövlətlərinə qarşı mübarizə aparmaları bütün regionun gələcəyində xüsusi yer tutacaq.

Bunlara Avropa Biriyi ölkələrinin həm bazar kimi, həm də regional güc kimi oynadıqları rolu da əlavə etmək lazımdır. Digər tərəfdən, Aralıq dənizinə çıxış əldə etməyə çalışan İranın da rolu düzgün dəyərləndirilməlidir.

- Aralıq dənizinə çıxış və Ukraynada böhran

Qara dənizin şimalında yerləşən Ukraynadakı müharibə ölkənin bütün ərazisinı sarsıdıb. Bu müharibə müxtəlif cür yozulur. Həm Rusiya, həm də NATO üçün Krım yarımadası çox vacib ərazidir. Çünki Kiyev oxunun itirilməsi Moskva üçün, Qara dəniz də daxil olmaqla, Rusiyanın Aralıq dənizi strategiyasında məkan baxımından mühüm rol oynayan Sevastopolun itirilməsi demək olacaqdı.

Rusiyanın Aralıq dənizində qurduğu strategiya Baltik və Qara dəniz xətti üzərindən aparılır. Əgər Baltik dənizinə çıxış əsasən Kalininqrad, Sankt-Peterburq portu (başlıca olaraq kommersiya səviyyəsində) və şimaldakı dənizlər vasitəsilə həyata keçirilirsə, ancaq başlıca cənub xətti həmişə Qara dəniz olub. Təsadüfi deyildir ki, Rusiya özünün başlıca Qara dəniz portu Sevastopolu qoruyub saxlayıb və həmişə Abxaziyanın Gürcüstandan ayrılmasına çalışıb. Və beləlikə də Gürcüstan öz dəniz sahillərinin əhəmiyyətli hissəsini itirib.

Vaxtilə Kremlin müttəfiqi olmuş Ukraynanın Krımla birgə itirilməsi Rusiyanın Aralıq dənizinə çıxış əldə etmək layihəsinin tamamilə məhvi olardı. Elə ona görə də, NATO nəyin bahasına olursa-olsun, Ukraynada hakimiyyət dəyişikliyini dəstəkləyib ki, Moskvanın Aralıq dənizinə çıxış imkanlarını içəridən dağıtsın. Vladimir Putin referendumun köməyi ilə Krımın ilhaqına və Sevastopol portunun möhkəmləndirilməsinə nail olaraq, bunun qarşısını ala bildi.

- Suriyadakı müharibə, həmçinin Aralıq dənizi uğrunda müharibədir

Suriyadakı müharibə müxtəlif nöqteyi-nəzərdən yozulur, lakin birmənalı olaraq bu münaqişəni Aralıq dənizinə çıxışın genişləndirilməsi kimi də izah etmək olar. O ki qaldı Suriyadakı müharibənin səbəbinə, burada şiə hilalı məsələsi də nəzərə alınmalıdır. Yəni söhbət İranı Livandakı Hezbollah ilə bağlayacaq hərbi, siyasi və iqtisadi dəhlizdən gedir. Amma belə olan təqdirdə Tehranın Aralıq dənizinə çıxış imkanlarını kəsməyə can atan qüvvələr də işə qarşacaq. İsrail bu perspektivi özü üçün mövcud təhlükə sayır.

İran İsrail və ABŞ-a qarşı çıxa biləcək yeganə regional dövlət kimi Aralıq dənizində fars arzusunu həyata keçirməklə, Hezbollahla Tehran arasında fiziki dəhlizin yaradılmasını heç zaman istəməyən İsrailin planlarını alt-üst edərdi. Bu ehtimalları İsrailin müdafiə strateqləri tez-tez diqqətə alırlar.

Aralıq dənizinə çıxış Rusiyanın Suriya müharibəsinə müdaxilə etməsinə və Bəşər Əsədi dəstəkləməsinə səbəb olub. Rusiyanın Aralıq dənizindəki yeganə hərbi bazası Suriyanın Tartus şəhərindədir. Bu hərbi baza ilə yanaşı Himeymimdəki aeroport Rusiyanın Yaxın Şərqdəki strategiyasının dayağı sayılır. Suriya hökumətinin məğlub olması Moskvanı bu həyati vacib bazalardan məhrum edərdi.

ABŞ və Rusiya arasındakı qarşıdurmanın bir çox səbəbləri olsa da Aralıq dənizi məsələsi iki dövlət arasında mühüm rol oynayır.

Aralıq dənizinə çıxışla bağlı Türkiyə və kürdlər arasında qarşıdurma gedir. Suriyadakı kürdlərin məqsədi Aralıq dənizinə çıxmaq və ən pis ssenaridə isə heç olmazsa ona maksimal yaxınlaşmaqdır.

Bundan bir il əvvəl yüksək çinli kürd məmuru “Observer” qəzetinə bildirmişdi ki, onların arzusu Rakkadan dənizə doğru dəhliz açmaqdır. Bu arzunun praqmatik məqsədi kürdlərin ərazi izolyasıyasından qurtulması mənasına gəlir. Suriyadakı kürd muxtariyyəti administrasiyasına rəhbərlik edən Haydiyə Yusef söyləyib: “Aralıq dənizinə qədər gedib çıxmaq bizim şimali Suriya layihəmizə daxildir”.

Elə buna görə də Rəcəb Tayyib Ərdoğan əvvəlcə Cərəblusu, sonra Afrini və başlıca olaraq isə İdlibdəki məsuliyyəti öz üzərinə götürərək, əsaslı şəkildə Suriya hadisələrinə qarışmaq qərarına gəlib. Bu cür tədbirlərə əl atmalqa, Ərdoğan, kürdlərin şərqi Aralıq dənizinin Türkiyə sahillərindək irəliləmələrinə birdəfəlik son qoya bilər. Hal-hazırda görünür ki, Ərdoğan bunun öhdəsindən gəlir.

("Gli Occhi della Gerra" - İtaliya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar