Daha 2 ölkə İsraillə əlaqələri kəsdi

İsrail Latın Amerikası ölkələrinin bu addımında təəssüfləndiyini açıqlayıb.

Daha 2 ölkə İsraillə diplomatik əlaqələri kəsib.

Oxu.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Fələstin xarici işlər nazirliyi Vail əl-Patriki verdiyi açıqlamada bildirib ki, Argentina, Çili, Peru və Salvadorun ardından Braziliya ilə Ekvador da İsraildəki səfirlərini geri çağırıb.

Nazir Braziliya və Ekvadorun İsrailin Qəzza zolağında törətdiyi qırğınlar səbəbindən səfirlərini geri çağırdığını deyib.

Fələstin rəsmisi Latın Amerikası ölkələrinin səfirlərini İsraildən geri çağırmasını təqdir etdiyini deməklə yanaşı, hərbi əməliyyatların dayandırılması üçün başqa dövlətlərin də analoji addım atmasını gözlədiklərini sözlərinə əlavə edib.

Qeyd edək ki, Boliviya 2009-cü ildən İsraillə əlaqələrini Fələstin torpaqlarını işğal etdiyi səbəbindən kəsib və yəhudi dövlətini terrorçu ölkə adlandırıb.

İsrail Latın Amerikası ölkələrinin bu addımında təəssüfləndiyini açıqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar