Londonda BBC-nin binası yanında avtomobil partladılıb

Britaniya polisi Londonda BBC teleradioyayım korporasiyasının əsas binası yaxınlığında şübhəli avtomobilin nəzarət altında partlayışını həyata keçirib."Report" xəbər veri rki, bu barədə şahidlərə istinadən "The Sun" nəşri məlumat yayıb.

Bildirilir ki, əməliyyat xüsusi özüyeriyən robotun köməkliyi ilə aparılıb. Ümumilikdə 3 partlayış törədilib.

Nəşrin yazdığına görə, əməliyyat anında baş qərargahın binasına giriş və çıxış məhdudlaşdırılıb. Eyni zamanda BBC əməkdaşlarına pəncərələrdən kənar durmaq tövsiyyə olunub.

Polisin diqqətini cəlb edən şübhəli avtomobil isə kiçik narıncı furqon olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar