Moskvada iki qrup arasında silahlı atışma baş verib

Rusiyanın paytaxtı Moskva şəhərində iki qrup arasında silahlı atışma baş verib.“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərin Varşava avtomobil yolunda qeydə alınıb.

“İlkin məlumata görə, bir neçə şübhəli şəxs bir-birinə iri məbləğdə pul ötürən iki kişiyə atəş açıblar. Şübhəlilər pulu ələ keçirib minik maşını ilə hadisə yerindən uzaqlaşıblar”, -hüquq-mühafizə orqanlarından bildiriblər.

Hadisəni törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar