ELMAR VƏLİYEVİN "QARA KASSASI" HƏBS OLUNA BİLƏR - "Deyir ki, pulları Vəliyevə verib"

Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi olmuş Məharət Mustafayev onlarla vətəndaşı aldadıb

“Elmar Vəliyev və onun dəstəsinin Gəncə şəhərini son 6 ildə talan etməsi ilə bağlı ciddi araşdırmalar başlayıb. Şəhərin mərkəzində və şəhərətrafı ərazilərdə 100 hektarlarla torpaq sahəsini, habelə xeyli tikilini faktiki sahiblərinin əllərindən zorla, təhdidlə alaraq müxtəlif adamlara saxta, qanunsuz sənədlərlə satıblar. Bu işləri isə birbaşa Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi, sabiq başçı Elmar Vəliyevin əsas pultoplayanı kimi tanınan Məharət Mustafayev həyata keçirib. Yeni başçı Niyazi Bayramov onu ötən həftə işdən çıxardı və fəaliyyətinin araşdırılması üçün komissiya yaratdı. Komissiyanın ilkin təftişi zamanı çoxsaylı qanunsuzluqlar fiksə olunub. Habelə, Məharət Mustafayevin işdən çıxarılmasından sonra onun mal-mülkünü mənimsədiyi şəxslər də hüquq-mühafizə orqanlarına müraciətlər etməyə başlayıblar”.

Bunu müsavat.com-a Gəncədəki mənbə deyib. Qaynaq qeyd edib ki, Məharət Mustafayev Elmar Vəliyevin “qara kassası” olub və Gəncədə mülkiyyət, torpaq yağmalamaları məhz onun vasitəsilə həyata keçirilib:“Elmar Vəliyev Gəncədən əvvəl Yevlağın icra başçısı olarkən də Məharət Mustafayev həmin rayonda onun torpaq alverçisi olub. O, Yevlaxda rayon torpaq şöbəsinin müdiri işləyirdi, Yevlaxda da torpaqları yağmalayıb, sahiblərinin əlindən təhdidlə alıb iş adamlarına, müxtəlif şəxslərə satırdı. Elmar Gəncəyə gələndə onu da özü ilə gətirdi və Gəncənin torpaq sahələrinin daha çox olduğu Nizami rayonuna icra başçısı təyin etdirdi. Məharət Mustafayevin zülmü bu rayonda ərşə qalxmışdı, hətta məcburi köçkünlərin məskunlaşdığı torpaqları, onların örüş yerlərini də əllərindən alıb satırdı. O, əndazəni aşdığına görə bu vəzifədən azad edildi, az sonra isə Elmar Vəliyev onu Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi təyin etdi. Bundan sonra bütün Gəncəyə ”qan uddurmağa" başladı.

Elmar Vəliyevin, Məharət Mustafayevin şəhərdə hara gözü düşdüsə, sahibinin əlindən zorla alırdılar; ya orada özlərinin biznesini qururdular, ya da baha qiymətə başqasına saxta sənədlə satırdılar. Mülkün faktiki sahibi məhkəməyə müraciət edib, haqqını tələb edəndə isə Elmar Vəliyev nüfuzundan istifadə edib, ya məhkəmədən işi geri qaytarırdı, ya da qərarın icrasına imkan vermirdi. Bununla yanaşı, Məharət Mustafayev bir neçə iş adamına qiyməti 200 min, 1 milyon manat dəyərində olan mülklər satıb, lakin onlara saxta sənədlər verib. Bəzi şəxslər sənədlərin saxta, mülkiyyətin faktiki olaraq başqasına aid olduğunu biləndə Məharətdən pullarını geri tələb ediblər. Lakin onlar hədələniblər, təhdid ediliblər. Son olaylardan sonra isə həmin adamlar Məharət Mustafayevdən pullarını geri tələb edirlər, o isə həmin adamlardan qaçır. Söhbət bir neçə milyon manatdan gedir.

Məharət Mustafayev ile ilgili görsel sonucu

Bəzilərinə isə deyir ki, pulları Elmar Vəliyevə verib. Bir neçə vətəndaş isə onun tərəfindən dələduzluğa məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına, yeni başçının yaratdığı komissiyaya müraciətlər edib. Bu şikayətlər əsasında Məharət Mustafayevin həbsi qaçılmazdır, çünki bu cinayət xarakterli, mülkiyyət əleyhinə qanunsuzluqlar birbaşa onun rəsmi imzası ilə reallaşıb. Həmçinin şəhərin mərkəzi hissələrində Məharət Mustafayevin “haqq” tələb etdiyi, ala bilmədikdə yerlə-yeksan etdiyi onlarla obyektin sahibi də şikayətçidir".

Mənbə maraqlı bir məlumat da verdi. Belə ki, Məharət Mustafayevin oğlu Sərxan Mustafayev Gəncədə “avtoş” kimi tanınır. O, şəhərdə davamlı olaraq avtoxuliqanlıqla məşğul olub, amma atası Elmar Vəliyevin “sağ əli” olduğundan əməlləri cəzasız qalıb. Maraqlısı isə odur ki, iddiaya görə, ad-soyadını yazanda belə səhv edən Sərxan Mustafayev bütün gününü əyləncələrdə keçirsə də, sənəd üzərində Gəncə Şəhər İcra Hakimiyyətinin Hüquq söbəsinin işçisi olub. Lakin onu heç zaman işdə görən olmayıb...

Sonda qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətində Elmar Vəliyevin adı korrupsiyaya bulaşmış kadrlarının təmizlənməsi prosesi davam edir. Belə ki, yeni başçı sentyabrın 3-də E.Vəliyevin yaxın adamlarından biri olan Hacızadə Tural Yaşar oğlunu icra başçısının köməkçisi vəzifəsindən azad edib.

Yazıda adları keçən şəxslərin mövqeyini çap etməyə hazırıq(musavat.com).

635x100

Şərhlər

Müəllim 2018-09-04 10:30:26

...Əvvəla bu icra başçısı işlədiyi müddətdə ona kim və necə nəzarət edir ki,5-6 hətta 10 il icra başçısı yerində qalır,onun əməlləri ancaq sonda,yəni işdən çıxarılanda açılır? Bu müddətdə İcra başçısının qanunsuz əməllərini gizlədənlər cəzasız qalır.İkincisi,indi birinin cinayət əməlləri ortaya çıxırsa niyə onlar qanun qarşısında cavab vermədən sərbəst qalrlar, cinayət işi açılmır?

G.M 2018-09-04 10:30:26

Naqifi görən olmuyuf .bu arada

Абдулла 2018-09-04 10:30:26

Hesab edirəm ki, qanun pozuntularına imkan verən, xalqın yox, harın vəzifəli şəxslərin mənafiyini müdafiə edən məmurları, xüsusi ilə xalqın adından çıxış edən, insanlara qarşı yol verilmiş qanunsuzluğlara göz yuman millət vəkili Nafiq Həmzəyev üzə çıxarmalı və onların bu məsələlərdə "fəaliyyəti" yoxlanılmalıdır və onlara qarşı müvafiq hüquqi tədbirlər görülməlidir.

Rasim 2018-09-04 10:30:26

Bu eyni qaydaya abseronun sabiq ihb zakir ferecov daha cox ger verib. Menim hezi aslanov kucesindeki obyektimi mulkiyrt senedim olsada gaxidib satib hundurmertebeli bina tken vites ekspres sirketine. Bu dan elave menim obyektimin yaninda istilik qazanxanasinin ereazisini de satiblar. Baxmayaraq ki hemin erZide prezident usaq evinin tikintisi ucun serencam verib. Ama zakir ve istilik sebekesinin reisi saxta sened tertib edib o erazinide tikinti sirketine satibar. Dehsetlisi ise odur ki menim obyektim rzyonpolisinin gozu qarsinda talanib. Rayon mehkemesinin hzkimi ilham ise iki ildir iddia erzemi baxil adan saxlayib. ... Alah bunlari bildiyi kimi yapsin. El arin talehini yasztsin. Daha bindan artiq ne deyim ya...

cəngərlik sakini 2018-09-04 10:30:26

Lap hindistan kinosudu.15-20 il tala sonra birdən (REZKİ) bilsinlər ki,sən demə bu manyak imiş.BƏRƏKƏLLAH

Aslan 2018-09-04 10:30:26

Saytlarda məmurlar Elmar Vəliyevi tərifləmək üçün yarışa girmişdilər.Düz söz deyəni təhqir etməkdən utanmırdınız. İndi niyə səsiniz çıxmır?. Hanı boş-boş təriflərini? İndi quzu balasına dönmüsünüz. Elin ağzını bağlamaq olmaz. Heç kimə sirr deyil ki, E.vəliyev nəinki gəncəlilərə, hətta Kəlbəcər camaatına qan uddurub və Gəncənin ətrafında olan rayonların padşahı idi.

pensioner 2018-09-04 10:30:26

Gəncə son 6 ildə talana məruz qalanda hara baxırdılar? ...Bu hadisədən nəticə çıxara biləcəklər?

Qurbanəli 2018-09-04 10:30:26

Bütün saytlarda yazdılar ki, (o cümlədən musavat) sosial müdafiə nazırliyinin qara kassası əjdər ol filan qədər yedi və s.Hesablama palatasının hesabatında konkret rəqəmlər göstərilmişdi. Təkcə saxta kadr siyasətinə görə onu həbs etmək olardı. Axırı nə oldu!

Gəncəli 2018-09-04 10:30:26

Məharət kimi insanlara vəzifə vermək, vəzifədə saxlamaq insanlığa bu millətə təhqirdir. Onun kimi insafsız,....... 2-ci biri çətin ki ola bilər. Bütün Gəncəlilər təsdiqləyə bilər bunu.

Cəmşid Dərələyəzli 2018-09-04 10:30:26

Köhnə hamam, köhnə tas. Eyni zurna, eyni hava. Maraqlıdır, onda Elmarın vaxtında aidiyyatı dövlət qurumları hara baxırdı. Büdcə vəsaiti talan edilirdisə bəs onda Büdcə Hesablama palatası hara baxırdı. Vətəndaşların, iş adamlarının hüquqları tapdalanırdısa, onların aidiyyatı dövlət orqanlarına edtikləri müraciətlərlə bağlı tədbir niyə görülmürdü. Bir də ki, şəhər rəhbərliyində olan digər vəzifəli məmurlar, yəqin ki başçı nə deyib onu da ediblər. Yəni onların içərisində elə bir cəsarətlisi tapılarmı ki, başçıdan gizlin nə isə etsin. Əsla. Sadəcə tam bir danabaşlıq. Başqa söz tapmaq mümkün deyil. Təssüfki, Cənab Prezidentin etimad göstərdiyi başçıların əksəriyyəti bax beləcə vəzifədən çıxarıldıqdan sonra özləri ilə bunca problemlər qoyub gedirlər. Bu isə dövlətə və dövlətçiliyə və şəxsən onun Prezidentə etinasızlıq və sayısızlıqdır. Təbii ki, belələri cəzalarını almalıdırlar. Almalıdırlar ki, Pirallahının başçısı Vasif İmanov kimilərinə də bir dərs olsun. Başqa çirkinlikləri saymıram, təkcə iki ildir Pirallahının ərazisində baş vermiş ölüm hadisəsi ilə bağlı, bu hadisənin iştirakçılarından olan, onun məmuru və həm də sağ qolu sayılan Manaf Mənafov kimi mənaviyyatsızları vəzifələrində saxlamaqla kırışalıq etməsi və qoruması, dəfələrlə rəsmi toplantılarda məmur və məmur övladlarının qudurğanlıqları barədə Cənab Prezidentin etdiyi xəbərdarlıqlara sayqısızlıqdır. Hansı ki, bütün rayon ictimayyəti bu hadisəni bilir, Deməli bu sayqısızlığı ilə Vasif İmanov həm də, Cənab Prezidentin görmüş olduğunuz bunca işlərə yerlərdə kölgə düşürməklə məşquldur. Düşünürük ki, Cənab Prezident Vasif İmanov kimi başçılar haqqında da öz sözünü deyəcək. Çünki, Cənab Prezidentin ölkənin inkişafı ilə bağlı qarşıya qoymuş olduğu hədəflərə, Vasif İmanov kimi başçılarla ulaşmaq imkansız olacaq..

omer 2018-09-04 10:30:26

Ne biabirciliq..bele iw olar?depudat qardawimizda ele elmari terifleyir..gorursuz neler daniwirlar?

Qarabağlı 2018-09-04 10:30:26

Hansı icra hakimi elmar edən əməlləri etmir.Varmı eləsi? ....Altı il onun işinə nəzarət etməli orqanlar harda yatıblar?Məsələnin kökü ortaya çıxarılıb İfşa edilməli və ölkə normal idarə sisteminə qayıtmalıdır.Elə o Nağdəliyevin işi bu illərdvə nədən ibarət olub k, Elmar belə dağıdıb,Abutalıbov belə rüşvət yığıb və bunun kimi də digərləri.... Əvəzində isə millət rəzil,yoxsul,kasıb vəziyyətə salınıb,ölkənin imici korlanıb,əhali xarici ölkələrə

Pinəçi Dadaşov 2018-09-04 10:30:26

Əgər obyektiv istintaq aparılarsa, nəinki Məharət, şübhəsiz ki, onun bütün yaxın ətrafı törətdikləri vəzifə cinayətlərinə görə məsuliyyətə alına bilinərlər. Ancaq, çətin ki,.......

məmmədqulu 2018-09-04 10:30:26

Rəvayət:: Bir şah və xanımı həmişə kef içində yaşayırmışlar.Bunlara qulluq edən bi nökər də varmış. Bir gün Həzrəti Əzrayıl gəlir bunlara deyir ki, bu gün bu evdən iki meyit çıxmalıdır. Ər və arvad tez nökərə baxırlar. O isə deyir, tutaq ki, biri mən bəs ikincisi?? P.S.Kürsüyə əyləşən kimi elə bilirlər hər şey olar və mümkündür.Burada mənəm Bağdadda kor xəlifə şüarı ilə yaşamaq lazım deyil. Çünki, zamanında Həzrəti Əzrayıl gəlir. Bu bədbəxt də elə bilib ki, Elmar veçni duracaq. Anlamamışdı ki, o gedə bilər

G.M 2018-09-04 10:30:26

Görünür ki,Azərbaycanın islahatlar proqramı Gəncədən start götürəcək.Bir azdan dövləti cinayətlər üzə çıxa bilər......

t.ədalət 2018-09-04 10:30:26

Guya Bakıda elə deyil.Hacıbala pulunu almamış daşı-daş üstünə qoymağa icazə vermirdi.Əmlak komitəsində pul almamış heç kimin sənədini hazırlamırlar.....tək məgər E.Vəliyevdir? ....məmurlar verdiyini çıxarmaq üçün camaatı soyub talayır..

Sedaqet 2018-09-04 10:30:26

Azpolitika ne yaxshi ki varsan!!!! Ureyimizi sene boshalda bilirik.partlamir urek sayenizde... elmar veliyev ...bir kes olsun ALLAH dan shefa dilemir bu adama. Ancaq bed dua edir cammat. Goren utanir? Yeni o hissled yaranib onda? Birdeki qardashlari vezifelerinden sui istifade edirler helede. .....yoxsa yoluxucu xestelikleri artir

Son yazılar