"Bu, artıq müharibənin ikinci qanlı mərhələsinin başlanmasıdır" - Rəhim Qazıyev

"Neçə ki, Nəcməddin Sadıqov və başına yığdığı generallar..."

“Hesab edirəm ki, bu artıq atəşkəsin pozulması yox, ermənilər tərəfindən elan olunmamış müharibənin ikinci qanlı mərhələsinin başlanmasıdır."

Bunu keçmiş müdafiə naziri Rəhim Qazıyev cəbhə xəttindəki gərginliklə bağlı danışarkən Moderator.az-a açıqlamasında deyib.Keçmiş nazir hesab edir ki, Azərbaycan Ordusunun bir gecədə bu qədər (8 şəhidimiz var) itki verməsi düşümdürücüdür.

"Nə üçün hücuma keçən tərəf yox, müdafiə olunan və bu təxribata hazır olan tərəf bu qədər itki verir? Bəs nə üçün bu hadisədə başda Baş Qərargah olmaqla Müdafiə Nazirliyinin müvafiq idarələrinin rəhbərləri susublar? Onlar şəhid analarına övladlarını necə güdaza verdiklərinə cavab verməlidirlər. Məndə olan məlumatlara görə, itkilərimiz deyiləndən artıqdır və neçə ki, Nəcməddin Sadıqov və onun başına yığıdığı səriştəsiz generallar əsas söz sahibidir, bu itkilər davam edəcək...

Biz 26 ildir ermənilərlə müharibə vəziyyətindəyik. Onun 20 ili artıq guya atəşkəs dövrüdür. Amma bu atəşkəs dövründə ordumuz formalaşıb, güclənib, silah-sursat arsenalı ağılagəlməz dərəcədə artıb. Belə bir məqamda son aylarda cəbhənin bütün istiqamətlərində ermənilərin təcavüzləri gündən-günə artır və açıq şəkildə ərazimizə hücum etmək niyyətləri görsənir. Biz də ermənilərin burnunu ovmaq əvəzinə günü-gündən itkilərimizin sayı artır.

Mən hesab edirəm ki, Ali Baş Komandan ən qısa müddətdə Təhlükəsizlik Şurasının müşavirəsini keçirməli, bu hadisələrin baş verməsinin günahkarları, general paqonlu təqsirkarlar ciddi şəkildə cəzalandırılmalıdır. Eyni zamanda ordudakı bu çatışmazlıqların qarşısı ən qısa müddətdə alınmalııdır. İndi gördüklərimiz bizi irəlidə daha təhlükəli hadisələrin gözlədiyindən xəbər verir. Allah millətimizi qorusun, ancaq uğursuz əməliyyatların baiskarları tezliklə cəzalandırılmasa, gələcəkdə də heç bir uğur qazana bilməyəcəyik.”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar