Çin, Afrika ölkələrinin inkişafına 60 milyard dollar yönəldəcək - Daxili işlərinə qarışmadan

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tsizinpin Afrika-Çin əməkdaşlıq Forumunun açılışı (FOCAC-2018) münasibətilə keçirilən təntənəli mərasimdə bəyan edib ki, ölkəsi Afrika qitəsi ölkələrinə 60 milyard dollar vəsait ayırmağı planlayır.

O, bildirib ki, bu məbləğin 15 milyard dolları əvəzsiz kömək, 20 milyardı faizsiz kredit və preferensial borclar olacaq. Bundan başqa, 10 milyard dollar həcmində Çin-Afrika inkişaf layihələri üçün kreditləşdirmə fondu yaradılacaq və Afrikadan idxala dəstək üçün 5 milyard dollar həcmində xüsusi fond təsis olunacaq.

Si Tsizinpin qeyd edib ki, yaxın 3 ildə ən azı 10 milyard dollar investisiya həyata keçiriləcək.

Həm də Çin, Afrika ölkələrinə kənd təsərrüfatının inkişafı üçün 146 milyon dollar həcmində maddi köməklik göstərəcək və aqrar sektoru inkişaf etdirmək üçün qitəyə 500 nəfər yüksək ixtisaslı mütəxəssis göndərəcək.

Bundan başqa, ÇXR xüsusi Çin-Afrika sülh və təhlükəsizlik fondu yaradacaq və Afrika ittifaqına hərbi kömək göstərməkdə davam edəcək.

Si Tsizinpin onu da qeyd edib ki, bütün bu layihələri həyata keçirərkən, ÇXR «Afrika ölkələrinin daxili siyasət məsələləri»nə qarışmayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar