PREZİDENT ADMİNİSTRASİYASI PİRVERDİYEVLƏ BAĞLI AÇIQLAMA YAYDI - Rəsmi 

Azərbaycan Respublikası Prezidenti Administrasiyası Etibar Pirverdiyevin "Azərenerji"nin sədri vəzifəsindən azad edilməsi barədə məlumat yayıb. Məlumatda deyilir ki, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Qəza nəticəsində Azərbaycanın enerji sistemində ciddi problemlər yaşanıb, Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

Baş vermiş qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə elə həmin gün Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Baş nazirinin birinci müavininin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Azərbaycan Prezidenti tərəfindən Dövlət Komissiyasına təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə hadisənin baş vermə səbəblərini araşdıraraq obyektiv rəy hazırlanması və gələcəkdə belə halların təkrarlanmaması üçün təkliflərin verilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsinə dair çox ciddi tapşırıqlar verilib.

Ötən müddət ərzində Dövlət Komissiyası tərəfindən yerli və xarici ekspertlər, aidiyyəti dövlət orqanlarının və qurumlarının nümayəndələri də cəlb edilməklə qəzanın baş vermə səbəbləri ciddi araşdırılıb, mövcud çatışmazlıqlar və problemlər, habelə qəzanı doğuran hallar da əks olunmaqla, hərtərəfli və geniş rəy hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim ediib.

Hazırlanmış rəydə baş vermiş qəzanın əsas səbəblərindən biri kimi "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti Dövlət Komissiyasının yekun rəyi ilə tanış olmuş və işdə yol verdiyi nöqsanlara görə "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib.

635x100

Şərhlər

Şəkidən 2018-09-04 18:32:33

Şəkinin Elektrik İdarəsində biabırçılıqdır,satışın puluna ...tanınan Vüqar Lətifov rəhbərlik edir.. Dəfələrlə işdə yol verdiyi nöqsanlara görə işdən uzaqlaşdırılan Vüqar Lətifov yenədə satış şöbəsinə rəhbərlik edir.......? Səbəbi bizə məlum deyil ?

Cəmşid Dərələyəzli 2018-09-04 18:32:33

Görünən o ki, komissiya böyük iş görüb. Qaldı ki, Əgər o boyda həngaməyə görə cəza, yalnız Priverdiyevin vəzifədən çıxması ilə bitəcəksə, deməli əslində ona cəza yox,uzun illərin xidmətindən dolayı azadlıq və dincəlmək üçün sərbəstlik verilib.

G.M 2018-09-04 18:32:33

Deməli N.Sadıqovun sözü keçmədi.Qaçqınkom Əli qədər də nüfuzu olmad.Allah Azərbaycanı qorusun.

ENERGETİK 2018-09-04 18:32:33

GƏNCƏ QƏRB ENERJİNİN 2006-CI İLDƏKİ ƏKS TƏHVİL TƏSLİM AKTINA BAXMAQ KİFAYƏTDİR Kİ ETİBAR PİRVERDİYEV GEDİB 10 İL KÜRDƏXANIDA ZASLUJENNİ İSTİRAHƏTDƏ OLSUN. ORDA KİLOVATLA MEQOVATIN FƏRQİNİ ÖYRƏNMƏYƏ DAHA ÇOX VAXTI OLAR.

Redaktor 2018-09-04 18:32:33

Acindan olecek bedbext priverdiyev. Ona nece komeklik gosterek goren. Na qayuracux a...

Vekil 2018-09-04 18:32:33

Prakurorluq Azenerjini yoxlamalidir yox ki hansisa sahibkar hardasa qanun pozub buna gore vergi orqani var pols mehkeme var kakin her gun oxuyuruq ki prakrorluq gah cinqil karxanasini gah diger ozel qurumlari yoxladi tutdu buraxdi...

Son yazılar