«Terrorçuları «yaxşı və pis»ə bölməyin!» - Lavrov çağırış edib

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) xarici işlər naziri Sergey Lavrov terrorçuları «pis və o qədər də pis olmayan»a bölmək təcrübəsindən imtina etməyə çağırıb. Nədən ki, məhz belə yanaşmanın nəticəsi olaraq, hamı uduzur.

«Bir daha terrorçuları pis və o qədər də pis olmayana bölmək və onlardan cılız geopolitik maraqları irəli aparmaq naminə alət qismində istifadə etmək kimi qüsurlu praktikadan imtina etməyə çağıram» - deyə, xarici işlər nazirinin müavini Oleq Sıromolotov «Beynəlxalq terrorçuluqla mübarizə kontekstində qeyri-qanuni silah satışına qarşı» mövzusuna həsr olunmuş konfransın açılışında Lavrovun ismarışını səsləndirib.

Rusiya XİN başçısının sözlərinə görə, həyat göstərir ki, nəticədə, bundan hamı uduzur, o cümlədən, «radikallarla oyun quranlar da».

635x100

Şərhlər

musa 2018-09-04 20:31:18

bu ....qarabaqdaki ermani diqalarini ozu terrorcu sayir?

Son yazılar