“Gelandewagen”lə iki nəfəri öldürən məmur oğlunun məhkəməsi niyə təxirə salındı?

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mahir tarzən, xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş rəis müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun cinayət işi üzrə məhkəmə istintaqı başlanmalı idi.

Amma hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən proses avqustun 14-ü saat 10:30-dək təxirə salınıb. Səbəb vəkillərin başqa işlərinin olmasıdır.

Virtualaz.org saytının prosesi izləyən müxbirinin verdiyi xəbərə görə, zərərçəkənlərin heç biri bugünkü məhkəmədə iştirak etməyib

Beləliklə, bu günə təyin olunan hazırlıq iclasında məhkəmə baxışı iki həftə sonraya saxlanıb.

X.Mədətovun vəkili İsmayıl Mirzəzadə vəkillərin başqa işi olduğunu əsas gətirərək məhkəmə baxışının təxirə salınmasını isytəyib. Onun bu vəsatəti təmin olunub.

Qeyd edək ki, martın 15-də Suraxanı rayonu ərazisində, Zığ şossesində X.Mədətov “Mercedes-Benz Gelandewagen-55” markalı avtomobilini idarə edərkən xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi “VAZ-2106”-a çırpılıb. Nəticədə “VAZ-2106”da olan sərnişinlər - xalq artsitinin həyat yoldaşı, 1959-cü il təvəllüdlü Brilyant Abdullayeva və 2008-ci il təvəllüdlü nəvəsi Ağasəlim Abdullayev hadisə yerində ölüblər. 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev (məşhur tarzən, xalq artisti) və onun gəlini, 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Fakta görə Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Sürücü X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi CM-in 263.1.4-cü maddəsinə tövsif olunub.

Qəzadan iki gün sonra Mübariz Mədətov prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib, oğlu Xalid Mədətov isə həbs olunub. M.Mədətov Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin sabiq rəisi Aydın Bəşirovun həm qudası, həm də biznes ortağıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar