ELDAR MAHMUDOVA HƏRƏKƏT SƏRBƏSTLİYİ VERİLİB - Əmisi oğlu da həbsdən çıxır

Sabiq nazirin yay tətilini əsasən ölkədən kənarda keçirdiyi bildirilir

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı maraqlı xəbər almışıq. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, sabiq nazir artıq tam şəkildə sərbəst hərəkət izni alıb. O, daha ölkə sərhədləri çərçivəsində dustaq deyil.

Hərəkət sərbəstliyi sabiq nazirə ölkədən sərbəst çıxıb geri qayıtmağa imkan verir. Gələn məlumatda deyilir ki, Eldar Mahmudov yay tətilini əsasən ölkədən kənarda keçirib. Onun bir müddət Londonda istirahət etməsi haqda da iddia var. Bu məlumatların nə dərəcədə doğru olmasını dəqiqləşdirmək çətindir. Sabiq nazir media ilə təmaslardan qaçır.

Eldar Mahmudovun həbsdəki əmisi oğlu və köməkçisi olmuş Vüqar Mahmudovun tez bir zamanda həbsdən çıxarmağa çalışması haqda da məlumatlar var. Vüqar Mahmudovu ötən il noyabrın 3-də həbs ediblər. Ötən müddət ərzində onun barəsindəki həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə artırılıb. Sonuncu dəfə müddətin artırılması 2018-ci il iyunun sonlarında baş tutub. Bakı Hərbi Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə prosesdə istintaq orqanının təqdimatı üzrə qərar elan edilib. Qərara görə təqdimat təmin edilib və Vüqar Mahmudovun barəsində seçilmiş həbs- qətimkan tədbiri daha 3 ay müddətinə uzadılıb. Vüqar Mahmudovun barəsindəki həbs müddətinin bitməsinə 20 gündən  bir qədər artıq vaxt qalıb. Vüqar Mahmudov 10 aydan artıqdır ki, həbsdədir. Ötən müddət ərzində Vüqar Mahmudov bir neçə dəfə sorğu-sual olunub. Qısa dindirmələr əsasən Vüqar Mahmudova verilən mənimsəmə ittihamı üzrə olub.  Vüqar Mahmudovun həbsinin ilk günlərində yayılan məlumatlarda bildirilirdi ki, ondan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı ifadə almağa çalışıblar.

MTN generalları ile ilgili görsel sonucu

Vüqar Mahmudov  Eldar Mahmudovun “sağ əli” hesab edilirdi. V.Mahmudov Eldar Mahmudovun köməkçisi statusunda olsa da, bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub. İddialara görə, onun kabinetində bir neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan xəraclar yığılıb. Sonradan həmin pullar kisələrə doldurularaq “Azəriqazbank”a daşınıb. Bu əməliyyatlara V.Mahmudov rəhbərlik edib. MTN-də yığılan rüşvət pullarının kisələrə doldurularaq banka rahat daşınmasına hazırlıq görülürmüş.

Ç.Əsədullayevin Şahin adlı sürücüsü onun xidməti maşını - qara rəngli, Az 10 JO 900 nömrə nişanlı “Mutsibishi Pajero” ilə həftədə bir neçə dəfə MTN-ə gedərək oradan maşına yüklənən pul dolu kisələrlə banka qayıdıb. Pulun sürücüyə təhvil verilməsinə də Vüqar Mahmudov nəzarət edib. Sonradan “qara pul”lar xaricdəki bank hesablarına ötürülüb. Vüqar Mahmudovun bu epizodlar üzrə dindirildiyi haqda məlumatlar vardı.

 

Əsasən ləğv edilmiş MTN tərəfindən cəzalandırılan şəxslərdən yığılan pullar Vüqar Mahmudov tərəfindən toplanaraq bu haqda nazirə məruzə olunurmuş. Vüqar Mahmudovun həbsindən sonra yayılan xəbərlərdə onun ifadəsi əsasında Eldar Mahmudovu həbs etmək istəyinin olduğu da vurğulanırdı.

Son məlumatlara görə, artıq Vüqar Mahmudova qarşı belə bir tələb irəli sürülmür. Belə iddialar var ki, Eldar Mahmudova qarşı əvvəlki sərt münasibət yoxdur, sabiq nazirə qarşı daha loyal mövqeyə keçid olunub.

V.Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Yada salaq ki, Vüqar Mahmudov həbs olunan günlərdə Eldar Mahmudovu da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıb dindiriblər(musavat.com).

635x100

Şərhlər

Redaktor 2018-09-05 10:49:15

Musavatin musaqulusuda eldar deye deye getdi. ... Ilk gunden sahiblerin ne aeder seni fisqirtlarsa da tuta bilmedi . ......

-- 2018-09-05 10:49:15

Yəqin subut olunub ki, Prezidentə qarsı cevrilish etməyib. Dövlətcilik və xalq cəhənnəmə ki.

emin 2018-09-05 10:49:15

G.M sennen cixmayan iw axirki haqqi daniwmaga bawladin.. MTN in dagilmasinin ve bu cur seskuyle dagilmasinin arxasin prezident adminstrasiyasinda bezi quvvelerin tewwebusudu ortada qisas almaq meqsedi variydi....

EWDER 2018-09-05 10:49:15

PAY ATONNAN MAWIN MAWIN PULLARI BANKA DAWIYIB,BES BAWQA YERE DAWIMAYIB...WEREF ORDENINE LAYIQDI...MOLODES,EMIOQLUNUDA YADDAN CIXARMAQ OLMAZ,YAXWI INKIWAF EDIB...

o.b.n 2018-09-05 10:49:15

Bir gün Oğurular arasında mübahisə düşür,oğurunun biri and içir ki,mən ömrüm də Haram tikə yeməmişəm, soruşurlar necə yəni Haram.Məgər bu camahatdan oğurladığımız Halaldır.Cavab verir;heyyətə düşəcək paya tamah salmamışam ona görə vicdanım təmizdir,ha indi mən gedə bilərəm.

XXX 2018-09-05 10:49:15

bəs məhkəmənin prokurorluğa göndərdiyi qərardadın nəticəsi necə oldu

G.M 2018-09-05 10:49:15

E.Mahmudov mallım cənablarına yeni vəzifə də versələr təəssüflənmərəm..Çünki `yeyib,içən oğlan yaman olmaz``.Bu adam bir kasıbın toyuğuna ``kiş`` demiyib.Tağı mallımın qazancından bir az üzvülük haqqı alıb.Dövlətə,ona-buna atan biznesmenlərə qulaqburması verib və.s

Hörmətli oxucu! 2018-09-05 10:49:15

Bismillahir-Rəhmanir-Rəhim. Oxucuya demək istəyirəm ki. vaxtilə Karl Marks dayı demişdir ki, xalqın əxlaqı, mənəviyyatı iki halda pozulur: birincisi, cinayət görüb cəza görmədikdə; ikincisi, cəza görüb cinayət görmədikdə.Çox heyif ki,ona keçmiş Rabitə naziri.Ə.Abasov kimi vəzifə verilməyib!Belə olsa daha ədalətli olardı.

t.ədalət 2018-09-05 10:49:15

Qohumluğa görə qanunları cırılmış kağıza çevrmək dövləti də gözdən salır.Böyük cinayətlər törədən cinayətkara azadlıq vermək növbəti cinayət üçün təməl yaradır.Deməli,qanunlar hamı üçün nəzərdə tutulmayıb..

flsdıq 2018-09-05 10:49:15

Deyəsən... işə düçməyə başlayırdı, ona görə də hərəkət sərbəstliyi verilir. P.S. Guya bu vaxta kimi onu stula bağlamışdılar? De da bə!!

Son yazılar